Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Zəfər Gününün 5 ci ildönümü Pakistanda təntənəli şəkildə qeyd olunub

Zəfər Gününün 5 ci ildönümü Pakistanda təntənəli şəkildə qeyd olunub

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edilib.
Qəbulda Pakistan Prezidentinin fəaliyyətlərini icra edən, Senatın sədri Seyid Yusuf Raza Gilani, federal nazirlər, senatorlar, Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirin əvvəlində 44 günlük Vətən Müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Pakistanın dövlət  himnləri səsləndirilib və Şanlı Zəfərimizə həsr olunan videoçarx nümayiş etdirilib. 

Ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov 5-ci ildönümü qeyd olunan Zəfər Günü haqqında iştirakçılara geniş məlumat verib. Diplomat qeyd edib ki, Ermənistan tərərfindən işğal olunan torpaqlarımız 44 günlük Vətən Müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəsur Azərbaycan ordusu tərəfindən azad edilib və Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulub.

Xəzər Fərhadov müharibə zamanı Ermənistanın sivil xalqı hədəf alaraq Gəncə, Bərdə və Tərtər şəhərlərinə ağır artilleriya zərbələri endirdiyi haqqında da məlumat verib. Səfir bildirib ki, ölkəmz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra edərək gecikmiş ədaləti bərqərar edib, 2023-cu ilin sentyabr ayında 23 saat ərzində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam təmin olunub. 

Diplomat eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında danışıb, “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilmiş işlər barədə geniş məlumat verib. 

Natiq həmçinin, Pakistanın müstəqilliyimizn ilk günlərindən etibarən Azərbaycana göstərdiyi dəstək və sarsılmaz həmrəyliyə görə dərin təşəkkürünü bildirib, qardaş ölkə tərəfindən nümayiş etdirilən bu mövqenin iki ölkə arasındakı qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.  

Pakistan Prezidenti vəzifəsini icra edən, Senatın sədri Seyid Yusuf Raza Gilani Azərbaycan hökuməti və xalqını Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbrik edib. O deyib ki, İkinci Qarabağ Müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin reallaşması ilə nəticələnib. Ölkə başçısı əlavə edib ki, ədalətin bərpası olan Şanlı Qələbə bir milyona yaxın azərbaycanlının öz ata yurdlarına qayıtması üçün geniş imkanlar açıb. Bununla belə erməni işğalından azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı  quruculuq işləri barədə danışan Gilani həmin fəaliyyətin bölgədə sülhün və tərəqqinin simvolu olduğunu vurğulayıb. Məruzəçi həmçinin, Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini daim dəstəklədiyini ifadə edərək, ölkəmiz tərəfindən qazanılan Şanlı Zəfərin Pakistan ictimaiyyəti arasında bayram əhval-ruhiyyəsilə qarşılandığını ifadə edib.

Tədbirin bədii hissəsində Pakistan Silahlı Qüvvələri Orkestrinin müşayəti ilə Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti Günay Qasımova və Həzi Aslanov adına Ordu idioloji Mədəniyyət Mərkəzinin solisti Elçin Məmmədov vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

Sonda rəmzi tort kəsilib və Azərbaycan milli mətbəxinin ləziz təamları tədbir iştirakçılarına təqdim olunub.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

İslamabad 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri