Icma.az
close
up
RU
UNEC QS Dayanıqlılıq 2026 reytinqində ölkədə birincidir

UNEC QS Dayanıqlılıq 2026 reytinqində ölkədə birincidir

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

UNEC beynəlxalq reytinqdə növbəti dəfə uğura imza atıb.

Modern.az xəbər verir ki, dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan QS (Quacquarelli Symonds) tərəfindən açıqlanan “Dünya Universitetlərinin reytinqi: Dayanıqlılıq 2026” (“World University Rankings: Sustainability 2026) nəticələrinə əsasən, UNEC dünyada ən yaxşı 726-cı, Asiyada 221-ci, Azərbaycanda isə 1-ci universitetdir.

Reytinqə dünyanın 108 ölkəsindən 2001 universitet daxil olub. Qiymətləndirmə ali təhsil müəssisələrinin Ətraf mühitə təsiri, Sosial məsuliyyəti və İdarəetmə fəaliyyətləri əsasında aparılıb. UNEC 3 istiqamətin hər biri üzrə 1-ci yerə yüksələrək, dayanıqlılıq sahəsində ölkənin ən yüksək göstəriciyə malik ali təhsil müəssisəsi olub.

“Ətraf mühitə təsir” (“Environmental Impact”) indikatoru üzrə UNEC dünyada ən yaxşı 563-cü, Asiyada 175-ci, Azərbaycanda isə birincidir. “Ətraf mühitin davamlılığı” (Environmental Sustainability) indikatorunda UNEC 309-cu pillədə yer alaraq regionun bir çox aparıcı universitetlərini geridə qoyub.

“Ətraf mühit təhsili” (Environmental Education) indikatorunda UNEC dünyanın 586-cı, “İşəgötürülmə və inkişaf imkanları” (Employability and Opportunities) üzrə dünyanın 714-cü, “Yaxşı idarəetmə” (Governance) üzrə isə UNEC dünyanın ən yaxşı 615-ci, Asiyanın 198-ci, Qərbi Asiyanın 29-cu, Azərbaycanın isə lider universitetidir.

Xatırladaq ki, UNEC bu il THE və QS beynəlxalq reytinqlərində davamlı olaraq bir neçə uğura imza atıb.

Belə ki, Times Higher Education (THE) Dünya Universitetləri Reytinqinə ilk dəfə daxil olan UNEC bu nüfuzlu reytinqdə Azərbaycanda 1-ci, Cənubi Qafqazda 1-ci, dünyada isə 801-1000-ci yerə yüksəlib. UNEC THE reytinqində dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olan yeganə Azərbaycan universitetidir. Eyni zamada həmin reytinqdə ilk minliyə daxil olan Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin 20 universitetindən biridir.

Bundan əlavə, QS Dünya Universitetlər Reytinqində (QS World University Rankings 2026) UNEC dünyanın ən yaxşı 801-850-ci universiteti olub.

QS Beynəlxalq Ticarət Reytinqləri MBA 2026-da UNEC Azərbaycan və Qafqaz regionu üzrə birinci, dünya miqyasında isə 56-cı yerə yüksəlib.

Həmçinin, UNEC ilk dəfə olaraq, “QS MBA Rankings 2026” reytinqində dünya üzrə ən yaxşı 201-250-ci, Avropa üzrə 70-ci, Azərbaycanda isə 1-ci yerə yüksəlib.

//www.topuniversities.com/sustainability-rankings?countries=az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Noyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri