Icma.az
close
up
RU
BDU rektoru BMT nin tədbirində çıxış ETDİ

BDU rektoru BMT nin tədbirində çıxış ETDİ

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Avstriyanın paytaxtı Vyanada BMT-nin Kosmosdan Dinc Məqsədlərlə İstifadə üzrə Komitəsinin (COPUOS) 62-ci sessiyası çərçivəsində Beynəlxalq Kosmik Hava Təşəbbüsü (ISWI) üzrə proqramın rəhbər heyətinin illik yığıncağı keçirilib.

"Unikal" xəbər verir ki, tədbirin əsas məqsədi müxtəlif ölkələrdə kosmosdan istifadə sahəsində elmi-tədqiqat cihazları və alətlərinin yerləşdirilməsi, eləcə də kadr hazırlığı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Yığıncaqda Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramının ölkə üzrə milli koordinatorları hesabatlarını təqdim edib, həmçinin müvafiq sahələrdə yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Bakı Dövlət Universitetinin (BDU) rektoru, Azərbaycan üzrə milli koordinator Elçin Babayev "Azərbaycanda kosmik hava fəaliyyətləri" mövzusunda çıxış edərək, ölkəmizin bu sahədəki inkişafı və gələcək hədəfləri barədə ətraflı məlumat verib. Çıxışda Azərbaycanın kosmik tədqiqatlar sahəsindəki strateji addımları, elmi potensialı və beynəlxalq aləmdəki nüfuzu vurğulanıb. Rektor Elçin Babayev çıxışında BDU-nun gələcəkdə kosmik hava fəaliyyətləri ilə bağlı daha çox beynəlxalq əməkdaşlıq qurmağı və bu sahədə dünya səviyyəli layihələr həyata keçirməyi hədəflədiyini qeyd edib. Bu məqsədlə Universitetin müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi, müasir elmi-texniki cihaz və avadanlıqların qurulması və işə salınaraq beynəlxalq elmi məlumat bazalarına inteqrasiya edilməsi istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Yığıncaq çərçivəsində həmçinin, iştirakçı ölkələr arasında kosmos və kosmik hava tədqiqatları sahəsində birgə layihələrin həyata keçirilməsi, elmi məlumatların mübadiləsi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi barədə müzakirələr aparılıb. Bu, beynəlxalq səviyyədə elmi tərəfdaşlıqların genişlənməsinə və kosmos tədqiqatlarının inkişafına mühüm töhfələr verir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Fevral 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri