Icma.az
close
up
RU
BDU rektoru BMT nin Beynəlxalq Kosmik Hava Təşəbbüsü üzrə proqramının rəhbər heyətinin illik yığıncağında çıxış edib

BDU rektoru BMT nin Beynəlxalq Kosmik Hava Təşəbbüsü üzrə proqramının rəhbər heyətinin illik yığıncağında çıxış edib

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Avstriyanın paytaxtı Vyanada BMT-nin Kosmosdan Dinc Məqsədlərlə İstifadə üzrə Komitəsinin (COPUOS) 62-ci sessiyası çərçivəsində Beynəlxalq Kosmik Hava Təşəbbüsü (ISWI) üzrə proqramın rəhbər heyətinin illik yığıncağı keçirilib.

Tədbirin əsas məqsədi müxtəlif ölkələrdə kosmosdan istifadə sahəsində elmi-tədqiqat cihazları və alətlərinin yerləşdirilməsi, eləcə də kadr hazırlığı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Yığıncaqda Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramının ölkə üzrə milli koordinatorları hesabatlarını təqdim edib, həmçinin müvafiq sahələrdə yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, Universitetin rektoru, Azərbaycan üzrə milli koordinator Elçin Babayev "Azərbaycanda kosmik hava fəaliyyətləri" mövzusunda çıxış edərək ölkəmizin bu sahədəki inkişafı və gələcək hədəfləri barədə ətraflı məlumat verib. Çıxışda Azərbaycanın kosmik tədqiqatlar sahəsindəki strateji addımları, elmi potensialı və beynəlxalq aləmdəki nüfuzu vurğulanıb. Rektor Elçin Babayev çıxışında BDU-nun gələcəkdə kosmik hava fəaliyyətləri ilə bağlı daha çox beynəlxalq əməkdaşlıq qurmağı və bu sahədə dünya səviyyəli layihələr həyata keçirməyi hədəflədiyini qeyd edib. Bu məqsədlə Universitetin müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi, müasir elmi-texniki cihaz və avadanlıqların qurulması və işə salınaraq beynəlxalq elmi məlumat bazalarına inteqrasiya edilməsi istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Yığıncaq çərçivəsində həmçinin, iştirakçı ölkələr arasında kosmos və kosmik hava tədqiqatları sahəsində birgə layihələrin həyata keçirilməsi, elmi məlumatların mübadiləsi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi barədə müzakirələr aparılıb. Bu, beynəlxalq səviyyədə elmi tərəfdaşlıqların genişlənməsinə və kosmos tədqiqatlarının inkişafına mühüm töhfələr verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Fevral 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri