Icma.az
close
up
RU
Şeyxülislam BMT nin İspaniyada keçirilən tədbirində çıxış edib

Şeyxülislam BMT nin İspaniyada keçirilən tədbirində çıxış edib

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə MT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə İspaniyada “BMT Sivilizasiyalar Alyansı”nın və “Dinlər Sülh Uğrunda Hərəkat”ın “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa hörmət üçün çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edib.

İdarənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdıran Allahşükür Paşazadə ən böyük dəyər olan insan həyatının xilası naminə dünyanın beynəlxalq hüquq normaları və ümumbəşəri mənəvi dəyərlər, ənənəvi dini-əxlaqi prinsiplər üzərində bərqərar olmasının vacibliyini vurğulayıb.

QMİ-nin sədri bildirib ki, dünyada insan həmrəyliyinə xidmət edən bütün ideya və təşəbbüslər, o cümlədən, Prezident İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu mədəniyyətlərarası dialoqa dair Bakı prosesi, habelə Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməyi Azərbaycanın dünyada sülh və birgə yaşamaq amallarına xidmət etdiyini göstərir: “Beynəlxalq hüquq normaları, BMT-nin məlum qətnamələri çərçivəsində hərbi təcavüzə son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edən Azərbaycan 30 il ərzində müharibə cinayətlərinə, işğal, soyqırımı, vandalizm, urbisid, ekosid və kultursidə məruz qalmışdı. Bu gün Azərbaycan dövləti azad olunmuş ərazilərdə mədəni-mənəvi irsimizi dirçəldir, azad olunmuş torpaqlarımıza yeni həyat verir, dinc quruculuq işləri və bölgədə real sülh işi ilə məşğul olur”.

Aprelin 26-da Gernika şəhərində faciəli bombardmanın 88-ci ildönümündə anım tədbirinin keçirilməsinin də məqsədi də sülh mesajını təşviq etmək, beynəlxalq hüquqa hörməti dəstəkləmək, müharibələrə qarşı qınağı gücləndirməkdir. Allahşükür Paşazadə çıxışında mühüm məqamlara toxunub. İnsanlığa qarşı törədilmiş cinayətlərin – Gernika, Holokost, Xatın, Srebrenitsa, Xocalı, Ruanda və digər qətliamların, kütləvi insan qırğınlarının bütün qurbanlarını ehtiramla yad edərkən Allahşükür Paşazadə Azərbaycanın üzləşdiyi Xocalı faciəsinə də toxunub. Bildirib ki, kütləvi qətliam cinayətinə məruz qalanlardan biri də Azərbaycan xalqıdır.

Sonra QMİ-nin sədri BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos və Dinlər sülh uğrunda hərəkatının Baş katibi Frensis Kuria ilə birlikdə Gernika qurbanlarının xatirəsinə rəsmi əklilqoyma mərasimində iştirak edib.

Şeyxülislam A. Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşdə isə dini mərkəzlə BMT qurumu arasında qarşılıqlı əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.

Allahşükür Paşazadə Gernika-Lumo meri Xose Mari Qorrono, yerli hökümət rəsmiləri, Dinlər sülh uğrunda hərəkatının Baş katibi Frensis Kuria, hərəkatın həmsədri – Bosniya-Hersoqovina Müsəlman icmasının başçısı, Sarayevo Müftisi Nedjad Grabus ilə görüşüb, səmərəli fikir mübadiləsi aparıb.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://azpost.info
archiveBu xəbər 27 Aprel 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri