Icma.az
close
up
RU
BDUda görkəmli şərqşünasalimin yubileyi

BDUda görkəmli şərqşünasalimin yubileyi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Aida İmanquliyeva – 85 

Dünən Bakı Dövlət Universitetində görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın anadan olmasının 85 illik yubileyi ilə bağlı “Ərəbşünaslıq və şərqşünaslıq: müasir dünyada mədəniyyətlərarası dialoq” mövzusunda respublika elmi konfransı keçirilib. 

Məclisin açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev görkəmli alim Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elmindəki xidmətlərindən danışaraq qeyd edib ki, Aida İmanquliyeva Azərbaycanda ilk şərqşünas qadın professor olub: “O, Şərq və Qərb mədəniyyətləri arasında yeni körpülər yaradan qiymətli əsərlər yazıb, apardığı tədqiqatlarla ölkəmizdə ərəb ədəbiyyatının tədqiqi istiqamətində yeni mərhələnin əsasını qoyub. Alimin araşdırmaya cəlb etdiyi, mühüm elmi nəticələr aldığı ərəb məhcər ədəbiyyatı şərqşünaslıq elmimizdə əsl yenilik idi”.

Rektor bildirib ki, “Məhəbbət və gözəllik, ağıl və kamal elə mənəvi işıqdır ki, qəlbi nurlandırır” deyən Aida xanımın elmi yaradıcılığı çox zəngindir. O, 30 il Şərq mədəniyyətini, mənəvi dəyərlərini, ictimai-siyasi fikrini araşdırıb, yaradıcılığı ilə Azərbaycan şərqşünaslıq elminin inkişafı tarixində parlaq səhifə açıb. Şərqşünas alimin çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur. 

Aida xanım elmi fəaliyyəti dövründə bir sıra sanballı əsərlər yazıb, eyni zamanda, respublikamızda və xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq konfranslarda yüksək elmi səviyyəsi ilə seçilən məruzələrlə çıxış edib. Onun tədqiqat əsərləri və məruzələri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb, əsərlərinə çoxsaylı istinadlar olunub. 

Qeyd edilib ki, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi işçidən direktor vəzifəsinə qədər yüksələn alim fəaliyyəti dövründə bu sahədə yeni elmi istiqamətlər müəyyən edib, məktəb yaradıb. Görkəmli alimin elmi rəhbərliyi ilə çoxsaylı dissertasiyalar müdafiə olunub, ərəb ədəbiyyatı sahəsində tanınmış mütəxəssislər hazırlanıb. Aida xanımın müəyyən etdiyi istiqamətlər alimin ardıcılları tərəfindən bu gün də öyrənilir, tədqiq olunur. 

Aida İmanquliyeva BDU-nun şərqşünaslıq fakültəsində ərəbşünas kadrların hazırlanması işinə də böyük töhfə verib. 20 ildən artıq müddətdə ərəb ədəbiyyatından dərs deyib, mühazirələr oxuyub, xüsusi kurslar aparıb, dissertasiya və diplom işlərinə rəhbərlik edib. Onun rəhbərliyi ilə ərəb filologiyası şöbəsində 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib, ərəb ədəbiyyatının, ərəb – Azərbaycan ədəbi əlaqələrinin müxtəlif sahələrini araşdıran monoqrafiyalar, kitablar yazılıb. 

Konfransda görkəmli şərqşünas alimin zəngin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş edilib. 

Məclisin davamında AMEA prezidenti akademik İsa Həbibbəyli bildirib ki, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq məktəbinə yeni filoloji istiqamət gətirib. Onun ərəb ədəbiyyatına həsr etdiyi tədqiqatlar, monoqrafiyalar, məqalələr, yetirmələrinin yazdığı əsərlər şərqşünaslığın filoloji, ədəbiyyat qolunu inkişaf etdirib. Görkəmli alim ərəb məhcər ədəbiyyatına dair əsərləri ilə Azərbaycan, bütövlükdə dünya şərqşünaslıq elminə əvəzsiz töhfələr verib.

Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov isə deyib ki, şərqşünaslıq elminin əsasını mədəniyyətlər, dinlər, insanlar arasında körpü yaratmaq təşkil edir. Professor Aida İmanquliyevanın da bütün elmi fəaliyyəti Şərqlə Qərbi vəhdət şəklində öyrənməyə, mədəniyyətlərarası dialoqa həsr olunub. Bu baxımdan Aida İmanquliyeva Azərbaycan elminin, ziyalılığının işığı kimi daim parlayacaq. 

Milli Məclisin deputatı Jalə Əliyeva, BDU şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, BDU ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov, Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlcuk Karakılıç, BDU ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı professor Aida İmanquliyeva ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıblar. 

Elmi konfransda qeyd olunub ki, Şərq – Qərb mədəni əlaqələrinin inkişafında, Azərbaycan fəlsəfi fikrinin İslam aləmində yayılmasında professor Aida İmanquliyevanın tədqiqatlarının önəmli rolu var.

Konfrans işini 8 bölmədə davam etdirib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Dekabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri