Icma.az
close
up
RU
Görkəmli maarifçinin yubileyi qeyd olunub

Görkəmli maarifçinin yubileyi qeyd olunub

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 2 nömrəli Texniki-Humanitar Liseyin təşkilatçılığı ilə görkəmli maarifçi, ictimai xadim Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd olunub.
Newscenter.az xəbər verir ki, Bakı Kitab Mərkəzində keçirilən yubiley mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Anar İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, yazıçı-publisist Şərəf Cəlilli, Xalq artisti Nurəddin Mehdixanlı, Xalq rəssamı Rza Avşar, liseyin rəhbərliyi və müəllimlər iştirak ediblər.
MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova görkəmli ziyalının 160 illik yubiley mərasiminin təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, belə şəxsiyyətlərin xatırlanması, onların qoyduğu maarifçilik ənənələrinin yaşadılması olduqca önəmlidir. N.Hüseynova əsası H.Mahmudbəyov tərəfindən qoyulan 2 nömrəli Texniki-Humanitar Liseyin bu gün də onun ənənələrinə sadiq qalaraq təhsilimizin inkişafı, yeni ziyalı nəsillərin yetişməsi işinə töhfələr verdiyini diqqətə çatdırıb.
Millət vəkili A.İsgəndərov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru M.Mərdanov, Liseyin direktoru T.Məcidli, yazıçı-publisist Ş.Cəlilli, xalq artisti N.Mehdixanlı, xalq rəssamı R.Avşar çıxış edərək H.Mahmudbəyovun Azərbaycanda dünyəvi məktəb sisteminin inkişafında xüsusi rol oynayan böyük şəxsiyyət kimi səciyyələndiriblər. Bildiriblər ki, maarifpərvər ziyalının zəngin pedaqoji irsi xalqımızın məktəb və pedaqoji fikir tarixinin şanlı səhifələrindəndir.
Yubiley mərasimində H.Mahmudbəyovun həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub, incəsənət ustalarının ifasında klassiklərin əsərlərindən parçalar nümayiş etdirilib.
Ruhiyyə Mehdiyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Mart 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri