Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Tibb Universitetində görkəmli təbibin yubileyi

Tibb Universitetində görkəmli təbibin yubileyi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Mustafa Topçubaşov- 130 

Görkəmli alim, cərrah, dövlət xadimi, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illik yubileyi münasibətilə Azərbaycan Tibb Universitetində (ATU) "Mustafa Topçubaşov: Akademik İrs – 130" adlı elmi-praktik konfrans keçirilib. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ATU-nun birgə təşkil etdiyi məclis, Prezident İlham Əliyevin müvafiq sərəncamının yüksək dəyərini və milli elmə dövlət səviyyəsində göstərilən diqqəti parlaq əks etdirib. 

Konfrans iştirakçılarını salamlayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli toplantının yalnız bir xatirə mərasimi olmadığını, həm də Azərbaycan tibb təhsilinin inkişafına  dövlət qayğısının təsdiqi olduğunu vurğulayıb: “Topçubaşovun yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, ölkəmizdə elmə və alim şəxsiyyətinə verilən qiymətin, milli elmi yaddaşın və irsin qorunmasına yönəlmiş siyasətinin göstəricisidir.” Rektor qeyd edib ki, alimin təşəbbüsü ilə tətbiq edilən praktik biliklərin önə çəkilməsi və innovativ tədris metodları bu gün də universitetin təhsil sisteminin əsasını təşkil edir.

Səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov görkəmli alimin cərrahiyyəyə gətirdiyi yeniliklərin və innovasiyalardan bəhs etdi. Topçubaşovun  elmi yaradıcılığı və yorulmaz fəaliyyəti ilə Azərbaycanda  bir məktəb yaratdığını söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova Mustafa Topçubaşovun yaratdığı elmi məktəbin əsas fərqləndirici cəhətinin nəzəriyyəyə mükəmməl bələdlik, praktik yeniliklər etmək bacarığı ilə bağlı olduğunu bildirdi. O, alimin 1926-cı ildə Almaniyada qazandığı təcrübə əsasında Bakı şəhər xəstəxanalarından birində cərrahi yardımın ilk elmi-metodik mərkəzini təşkil etməsini tarixi bir fakt kimi xüsusi qeyd etdi.

ATU-nun elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan  bu böyük şəxsiyyətin fəaliyyətində zəka və fədakarlığın xalqımızın elmi kimliyini təcəssüm etdirdiyini vurğuladı. Professor, Topçubaşovlar nəslinin Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov və ADR Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov kimi görkəmli şəxsiyyətlər də yetirdiyini qeyd edərək, bu irsin dərin kökü olduğunu bildirdi. 

Tədbirdə  alimin oğlu, professor, bəstəkar İbrahim Topçubaşovun kompozisiyalarının Xalq artisti Samir Cəfərov tərəfindən səsləndirilməsi isə Topçubaşovun elmi fəaliyyəti ilə yanaşı, zəngin mədəni irsinə də göstərilən dərin ehtiramın ifadəsi idi.

Topçubaşovlar ailəsi adından Mərkəzi Klinikanın baş direktorunun müavini, Əməkdar həkim Ceyhun Topçubaşov böyük alimin xatirəsinə göstərilən yüksək ehtirama görə ölkə rəhbərliyinə və təşkilatçılara minnətdarlığını bildirdi.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ceyhun Topçubaşova universitet adından xatirə hədiyyəsi təqdim etdi. 

Konfransın əsas mövzusu olan Topçubaşovun akademik irsinin cərrahiyyədəki aktuallığını qiymətləndirərkən, Azərbaycan Tibb Universitetinin dosentləri qəzetimizə fikirlərini bildirdilər:

Dosent Asya Ağayeva Topçubaşov irsinin aktual metodologiyasını belə səciyyələndirdi: 

- Akademik Topçubaşovun 130 illik yubileyinə həsr olunan  elmi-praktik konfrans təkcə xatirə tədbiri deyil, həm də onun qoyub getdiyi elmi-tədqiqat metodologiyasının davamlılığının təminatıdır. O, cərrahiyyədə hərtərəfli peşəkarlığın -- yüksək cərrahi texnika, dərin nəzəri biliklər və güclü humanist yanaşmanın vəhdətini tələb edirdi. Onun “Analgezin” kimi dünyamiqyaslı kəşfləri Azərbaycan tibb elminin beynəlxalq arenada tanınmasına zəmin yaratmışdır. Biz bu gün gənc mütəxəssislərə məhz bu akademik ciddiyyət və elmə sadiqlik ruhunu ötürmək üçün bir araya gəlmişik.

Dosent Əzizə Rüstəmzadə isə yubilyarın elmi irsinin milli təbabətin uğurlarına göstərdiyi təsirdən danışdı: 

- Konfransın adı “Cərrahiyyədə Elmi və Peşəkar Yanaşmalar” Topçubaşovun fəlsəfəsini birbaşa əks etdirir. Akademik Topçubaşov cərrahiyyənin patriarxı olmaqla yanaşı, həm də böyük bir elmi məktəb yaratmışdır. Onun rəhbərliyi altında formalaşan cərrah nəsli dünya cərrahlıq assosiasiyalarında Azərbaycanı layiqincə təmsil etmişdir. Bu konfrans gənc cərrahların nəzəri biliklərini praktik yeniliklərlə sintez etməsi üçün müstəsna bir platformadır. Akademikin irsi bizə göstərir ki, elmi təkamül peşəkar etik məsuliyyətdən ayrı tutula bilməz.

Arzu Əliyeva
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri