Icma.az
close
up
RU
BDUda Qulu Məhərrəmliyə həsr olunmuş elmi sessiya keçirilib

BDUda Qulu Məhərrəmliyə həsr olunmuş elmi sessiya keçirilib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Dövlət Universitetinin Multimedia və Elektron Kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunan "Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları" mövzusunda elmi sessiya keçirilib.

Sessiyanı açan Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında  Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikasında xüsusi yer tutduğunu vurğulayıb. O, qeyd edib ki, Qulu Məhərrəmlinin adı Azərbaycan televiziyası ilə sıx bağlıdır və onun verilişləri ilə böyüyən bir neçə nəsil yetişib. Televiziya tənqidçisi və jurnalistika mütəxəssisi kimi tanınan Qulu Məhərrəmli bu gün də jurnalistika sahəsindəki fəaliyyətini davam edir.

BDU-nun rektoru Elçin Babayev yubiley münasibətilə təbrikində, Azərbaycanda “telejurnalistika” və “televiziya tənqidi” sahələrində ilk növbədə Qulu Məhərrəmlinin adının çəkildiyini vurğulayıb və qeyd edib: “Qulu Məhərrəmli böyük istedad sahibi olan, geniş elmi biliyə malik maraqlı şəxsiyyət və əsl pedaqoqdur. Onun nəzəriyyə ilə təcrübəni müvəffəqiyyətlə birləşdirə bilməsi  müəllimlik qabiliyyətini önə çıxarır. 1991-ci ildən BDU-da çalışan Qulu Məhərrəmli universitetimizin dəyərli professorudur. Eyni zamanda, o, ictimai sahədəki fəaliyyəti ilə də diqqət çəkir, Jurnalistika fakültəsindən Azərbaycan Mətbuat Şurasında təmsil olunan iki əməkdaşımızdan biridir”.

Son illər BDU-da aparılan islahatlar çərçivəsində Jurnalistika fakültəsində əsaslı keyfiyyət dəyişikliyinin yarandığını vurğulayan rektor gənc jurnalistlərin yetişməsində və əmək bazarının tələblərinə uyğun peşəkar kadr kimi formalaşmasında Qulu Məhərrəmli kimi alimlərin böyük rolunun olduğunu diqqətə çatdırıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov Qulu Məhərrəmlinin Azərbaycan televiziya məktəbinin simalarından biri olduğunu vurğulayaraq onun ünsiyyət mədəniyyəti, jurnalist etikası və audiovizual nitq kimi sahələrdə dəyərlər yaratdığını qeyd edib. Digər media mütəxəssisləri Rəşad Məcid, Cahangir Məmmədli, Xatirə Hüseynova və Vüqar Əliyev müvafiq olaraq Qulu Məhərrəmlinin publisistikası, yaradıcılığı, televiziya tənqidi və jurnalistika təhsili mövzularında məruzələr ediblər.

Elmi sessiyada BDU-nun rektoru Elçin Babayev professor Qulu Məhərrəmliyə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, universitetin ictimai həyatında fəal iştirakına görə və 70 illik yubileyi münasibətilə Fəxri Fərman təqdim edib.

Sonda söz alan rofessor Qulu Məhərrəmli elmi-pedaqoji və jurnalist fəaliyyətinə verilən dəyərə görə təşəkkür edib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Dekabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri