Icma.az
close
up
RU
BDUnun professoru Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

BDUnun professoru Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Dövlət Universitetinin (BDU) Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş "Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları" mövzusunda elmi sessiya keçirilib.

Moderator.az xəbər verir ki, tədbirin moderatoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikası tarixində özünəməxsus yeri olduğunu bildirib. Qeyd edib ki, Qulu Məhərrəmlinin adı Azərbaycan televiziyası ilə qoşa çəkilir. Ölkədə onun verilişləri ilə böyüyən bir neçə nəsil var. Televiziya tənqidçisi, jurnalistika bilicisi kimi Qulu Məhərrəmli bu gün də diqqət mərkəzindədir.

BDU rektoru Elçin Babayev yubilyarı təbrik edib, ölkədə “telejurnalistika”, “televiziya tənqidi” deyəndə ilk olaraq yada məhz Qulu Məhərrəmlinin düşdüyünü bildirib: “Qulu Məhərrəmli istedadlı jurnalist, gözəl alim, maraqlı insan, təcrübə ilə nəzəriyyəni uğurla bir araya gətirən əsl pedaqoqdur. 1991-ci ildən BDU-da çalışan Qulu Məhərrəmli Universitetimizin dəyərli professorudur. O, həm də ictimai fəaliyyəti ilə seçilir, Jurnalistika fakültəsindən Azərbaycan Mətbuat Şurasında təmsil olunan iki əməkdaşımızdan biridir”.

Son illər BDU-da aparılan islahatlar çərçivəsində Jurnalistika fakültəsində əsaslı keyfiyyət dəyişikliyinin yarandığını deyən Elçin Babayev gənc jurnalistlərin yetişməsində və əmək bazarının tələblərinə uyğun peşəkar kadr kimi formalaşmasında Qulu Məhərrəmli kimi alimlərin böyük rolunun olduğunu diqqətə çatdırıb.

Sonra professor Qulu Məhərrəmlinin elmi-pedaqoji və jurnalistika fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov Qulu Məhərrəmlinin Azərbaycanda televiziya məktəbinin simalarından biri olduğunu bildirib: “Ünsiyyət mədəniyyəti, jurnalist etikası, audiovizual nitq – bunlar bu gün də aktualdır. Biz bütün bu keyfiyyətləri Qulu Məhərrəmlidən öyrənmişik. Qulu Məhərrəmli jurnalistikada sağlam dəyərlərin təməlini qoyanlardan biridir”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Qulu Məhərrəmlinin publisistikası”, Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Qulu Məhərrəmlinin polifonik yaradıcılıq yolu”, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova “Azərbaycanda televiziya tənqidinin çağdaş durumu”, Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev “Jurnalistika təhsili və müasir dərslik problemi” mövzularında məruzələr ediblər.

Sonda söz yubilyara verilib. Professor Qulu Məhərrəmli elmi-pedaqoji və jurnalist fəaliyyətinə verilən dəyərə görə təşəkkür edib.

Elmi sessiyanın sonunda BDU rektoru Elçin Babayev professor Qulu Məhərrəmliyə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və 70 illik yubileyi münasibətilə Fəxri Fərman təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Dekabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri