Icma.az
close
up
RU
BDUda “Xalq qəzeti”nin “Debat otağı” açılıb

BDUda “Xalq qəzeti”nin “Debat otağı” açılıb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Xalq qəzeti”nin “Debat otağı” açılıb.
Açılış mərasimdə çıxış edən rektor Elçin Babayev son illər BDU-da xüsusi otaqların açılmasının ənənə xarakteri daşıdığını və bunun tədrisin keyfiyyətinin artırılmasına xidmət etdiyini bildirib. O qeyd edib ki, artıq Jurnalistika fakültəsində Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi, “ARB24” televiziyasının xüsusi otaqları açılıb. Bu otaqların hər biri tələbə-jurnalistlər üçün nəzəri biliklərin praktikada tətbiqi baxımından əvəzsiz rol oynayır. Rektor vurğulayıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Xalq qəzeti” dövlətin informasiya siyasətində mühüm halqalardan biridir: “BDU-da “Xalq qəzeti”nin “Debat otağı”nın açılması tələbələrin dövlətin informasiya siyasəti ilə daha yaxından tanış olmasına, medianın aktual məsələləri, informasiya təhlükəsizliyinə dair peşəkar mütəxəssislərin iştirakı ilə canlı müzakirələrin aparılmasına şərait yaradacaq”.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov isə bildirib ki, “Debat otağı”nın açılması gənc jurnalistlərin peşəkar mətbuata hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır: ””Xalq qəzeti”nin kollektivinin 80 faizini BDU məzunları təşkil edir. Bu ənənəni daha da möhkəmləndirmək üçün Jurnalistika fakültəsinə daha bir addım yaxınlaşmağı qərara aldıq. Jurnalistika fakültəsi mətbuatın əsas kadr bazasıdır. Təcrübə göstərir ki, bu fakültəni bitirənlər peşə dəyərlərinə daha çox əməl edirlər. Bu otaqda çoxsaylı görüşlər, müzakirələr keçiriləcək. Bundan əlavə, “Xalq qəzeti”ndə Jurnalistika fakültəsinin bir kafedrasının filialının açılmasını da nəzərdə tutmuşuq”.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Aydın Quliyev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, kafedra müdirləri Cahangir Məmmədli, Qulu Məhərrəmli, Xatirə Hüseynova, Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu çıxışlarında “Debat otağı”nın açılmasının BDU-mətbuat əlaqələrinə töhfə verəcəyini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, tələbələrə praktik vərdişlər aşılayan belə layihələr daha peşəkar jurnalist kadrların yetişməsinə təkan verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri