Icma.az
close
up
RU
BDUda “Xalq qəzeti”nin “Debat otağı” açılıb AZƏRTAC

BDUda “Xalq qəzeti”nin “Debat otağı” açılıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Xalq qəzeti”nin “Debat otağı” açılıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimdə çıxış edən rektor Elçin Babayev son illər universitetdə xüsusi otaqların açılmasının ənənə xarakteri daşıdığını və bunun tədrisin keyfiyyətinin artırılmasına xidmət etdiyini bildirib. O qeyd edib ki, artıq Jurnalistika fakültəsində Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi, “ARB24” televiziyasının xüsusi otaqları açılıb. Bu otaqların hər biri tələbə-jurnalistlər üçün nəzəri biliklərin praktikada tətbiqi baxımından əvəzsiz rol oynayır. Rektor vurğulayıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Xalq qəzeti” dövlətin informasiya siyasətində mühüm halqalardan biridir: “BDU-da “Xalq qəzeti”nin “Debat otağı”nın açılması tələbələrin dövlətin informasiya siyasəti ilə daha yaxından tanış olmasına, medianın aktual məsələləri, informasiya təhlükəsizliyinə dair peşəkar mütəxəssislərin iştirakı ilə canlı müzakirələrin aparılmasına şərait yaradacaq”.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov isə bildirib ki, “Debat otağı”nın açılması gənc jurnalistlərin peşəkar mətbuata hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır: “Xalq qəzeti”nin kollektivinin 80 faizini BDU məzunları təşkil edir. Bu ənənəni daha da möhkəmləndirmək üçün Jurnalistika fakültəsinə daha bir addım yaxınlaşmağı qərara aldıq. Jurnalistika fakültəsi mətbuatın əsas kadr bazasıdır. Təcrübə göstərir ki, bu fakültəni bitirənlər peşə dəyərlərinə daha çox əməl edirlər. Bu otaqda çoxsaylı görüşlər, müzakirələr keçiriləcək. Bundan əlavə, “Xalq qəzeti”ndə Jurnalistika fakültəsinin bir kafedrasının filialının açılmasını da nəzərdə tutmuşuq”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Aydın Quliyev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, kafedra müdirləri Cahangir Məmmədli, Qulu Məhərrəmli, Xatirə Hüseynova, Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu çıxışlarında “Debat otağı”nın açılmasının BDU-mətbuat əlaqələrinə töhfə verəcəyini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, tələbələrə praktik vərdişlər aşılayan belə layihələr daha peşəkar jurnalist kadrların yetişməsinə təkan verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri