Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş.
Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb. Uşağın atası dərhal bəbirin arxasınca qaçsa da, oğlunu vaxtında xilas edə bilməyib.
Yırtıcı uşağı təxminən 30 metr sürüklədikdən sonra buraxıb. Boyun nahiyəsindən ağır xəsarət alan azyaşlı həyatını itirib.
Bildirilib ki, Hindistanda son vaxtlar bəbirlərin insanlara hücumu ilə bağlı oxşar hadisələr qeydə alınıb. Yırtıcıları tutmaq üçün ərazilərdə xüsusi qəfəslər də quraşdırılıb.
Baxış sayı:67
Bu xəbər 10 Noyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















