Icma.az
close
up
RU
Bədavi Hüseynov: Hamımız təcrübəliyik, hər şey meydanda qalmalıdır MÜSAHİBƏ

Bədavi Hüseynov: Hamımız təcrübəliyik, hər şey meydanda qalmalıdır MÜSAHİBƏ

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz"la son görüşdə qələbə qazana bilmişdiniz. Necə alınmışdı həmin matç?

Əla atmosfer var idi, dolu tribunalar qarşısında oynamışdıq. Başa düşürdük ki, rəqib böyük istəklə oynayacaq. Onlar yeganə komanda idi ki, bu mövsüm bizdən 7 xal almışdı. Bizim də yaxşı motivasiyamız var idi. Meydana istəkli şəkildə çıxdıq. Bəzən oyunda diqtə edən tərəf idik. Başa düşürdük ki, standart vəziyyətlərdə bizim üçün çətin olacaq. Amma təəssüf ki, elə standart vəziyyətdən qol buraxdıq. Onlar bu komponentdən yaxşı istifadə edirlər. Özümüz də standart vəziyyətdən yararlana bilərdik. Hər halda, 4 yaxşı qol vurduq və qalib gəldik. Yaxşı oyun oynadıq.

- "Turan Tovuz"a bu mövsüm ilk dəfədir ki, qalib gəlirsiz. Geridə qalan 3 oyundan nə edə bilməmişdiz ki, bu dəfə etdiniz?

Rəqibin necə oynadığını bilirdik. Daha diqqətli olduq. Əvvəlki matçlardakı səhvləri etməməməyə çalışdıq. Yaxşı əks-hücumlar etdik. Bu da nəticə verdi.

- Hakimlik hansı səviyyədə idi?

Yaxşı səviyyədə idi. Bəzən narazılıq olur ki, bu da normaldır. "Turan Tovuz" standart vəziyyətlər zamanı qapıçılara qarşı oynayır. Hakimə də bununla bağlı deyirdik. Məncə, yaxşı hakimlik oldu. 

- Yəqin ki, bu sezon da komanda çempionluğu bayram edəcək...

Tələsməyək. Qarşıda oyunlar çoxdur. Rahatlaşmaq istəmirsən. Çünki temp itdikdən sonra onu geri qaytarmaq da çətin olur. Oyundan-oyuna irəliləyirik. Qarşıdakı matçları düşünürük. Elə liqada növbəti matçımız "Zirə"yə qarşıdır. Onlar da bizim rəqibimizdir. Aramızda 12 xallıq fərq var. Son görüşdə də onlara uduzmuşuq. Yaxşı motivasiya ilə hazırlaşacağıq. 

- "Araz-Naxçıvan"la görüş haqda nə düşünürsən?

Kubok da bizim üçün vacib turnirdir.

- Son görüşdəki gərginlikdən sonra budəfəki oyuna da təsir edəcək?

Xeyr. Çünki uşaqlar hamısı yadından çıxarıb olanları. Hamı yaxşı başa düşür vəziyyəti, hamımız təcrübəli oyunçularıq. Rəqib də başa düşür, biz də başa düşürük ki, hər şey meydanda qalmalıdır. Çalışacağıq ki, bu oyunda heç bir gərginlik olmayacaq. Biz də motivasiyalıyıq, onlar da. Hər halda, hər şey futbola uyğun olmalıdır.

- "Qarabağ"la müqavilən başa çatır? Legioner limiti götürülür, yaş məsələsi də var. Səncə, "Qarabağ" müqavilə imzalayacaq?

- Qurban hoca məsələyə bu cür baxmır. O futbol cəhətdən baxır vəziyyətə. Əgər futbolçu oynaya bilirsə, komandaya xeyir verirsə, onda müqavilə imzalanır. Gücüm də var. Komanda üçün maksimumu verərək ən yaxşısını etmək istəyirik.

- Milli komandanın oyunundan sonra vəziyyət necə oldu? "Qarabağ"ın oyunçuları da çox müzakirə edildi. Toral Bayramov jurnalistlər insident yaşadı, Elvin Cəfərquliyev qırmızı vərəqə aldı, özün də ona meydanda narazılıq bildirdin. Ümumi durum necə oldu?

İndi nəsə demək çətindir. Uşaqlarla çox danışırıq, onları motivasiya edirik. Bilirsiz, biz yaşca böyüyük deyə, bu mənada danışırıq. Çalışırıq ki, onlarla danışaq və neqativ məsələlərə fikir verməsinlər, öz futbollarını oynasınlar. Bizə nə qalır? İşləmək lazımdır. Baş məşqçi də bunu başa düşürük. Növbəti matçlarda vəziyyəti düzəltməliyik. Bunu da işləyərək edə bilərik.

Elçin Əlixan 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sportal.az
archiveBu xəbər 02 Aprel 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see233

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see190

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see182

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see145

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri