Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Bədavi Hüseynov: Qarabağ da üç uğuru heç vaxt unutmayacağam MÜSAHİBƏ

Bədavi Hüseynov: Qarabağ da üç uğuru heç vaxt unutmayacağam MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun Teleqraf-a müsahibəsi

- Artıq 13 ildir “Qarabağ”ın heyətindəsiniz. 250-dən çox matça çıxmaqla Azərbaycan çempionatında ən çox oyun keçirən futbolçular siyahısnda 6-cı yerdəsiniz. Bu qədər uzun müddət bir klubda oynamaq sizin üçün nəyi ifadə edir?

- Hər şeydən əvvəl bu qədər müddətdə belə bir klubda çıxış etmək və onun kapitanı olmaq mənim üçün böyük şərəfdir. “Qarabağ” sadəcə futbol klubu deyil. Burada hər şey fərqlidir. "Qarabağ" böyük bir ailədir. Həmçinin, bölgəyə və bütün ölkəyə qarşı böyük məsuliyyətdir. Xüsusilə beynəlxalq arenada. Belə böyük bir klubun parçası olmaqdan qürur duyuram.

- 2012-ci ilə, yəni, Rusiyanın“Anji” klubundan Azərbaycana gəldiyiniz dövrə qayıdaq. O vaxt “Anji”nin güclü heyəti var idi. Necə oldu ki, Azərbaycan Premyer Liqasına keçməyə razılaşdınız?

- Həmin dövrdə “Anji”yə böyük investisiyalar qoyulurdu, Roberto Karlos, Samuel Eto O, Lassana Diarra kimi ulduzlar gəlirdi. Belədə, gənclərin oynama şansı demək olar ki, yox idi. Klublardan biri mənə təklif göndərdi. Əlbəttə, belə ulduzlarla bir yerdə olmaq istəyirdim, amma karyeramda irəli getmək və oynamaq perspektivini seçdim. Ona görə də Azərbaycan komandasına keçmək qərarı verdim.

- Mahir Şükürov həmin vaxt "Anji"də çıxış edirdi. Tanışlığınız orada başlamışdı?

- Şükürovla “Qarabağ”a gəldiyim zaman tanış oldum. O zaman artıq millidə çıxış edən, təcrübəli və yaxşı futbolçu idi.

- “Qarabağ”dan aldığınız ilk təklifi və Qurban Qurbanovla tanışlığınızı necə xatırlayırsınız?

- O dövrdə mən icarə əsasında “Sumqayıt”da oynayırdım və artıq Qurban Qurbanov haqqında çox eşidirdim. Komandanı idarəetmə tərzi, intizama olan sevgisi, işinə olan hörməti və yerli, gənc futbolçularla çalışmağı çox sevməsi ilə tanıyırdım.

- Bu illər ərzində “Qarabağ”la qazandığınız uğurlardan hansı sizin üçün ən yaddaqalan olub?

- “Qarabağ”la çıxış etdiyim illər ərzində üç uğur mənim üçün xüsusilə yaddaqalan olub. Birincisi, 44 günlük Vətən Müharibəsi dövründə Polşanın paytaxtı Varşavada “Legiya” üzərində 3:0 hesablı qələbəmizdir. Ölkə üçün çox ağır günlər idi və çiyinlərimizdə böyük məsuliyyət olduğunu anlayırdıq. İkincisi, Danimarka “Kopenhagen”ini iki oyunun yekununda səfər qolu ilə üstələyərək, tarixdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyimizdir. Üçüncüsü isə Portuqaliyanın “Braqa” klubunu keçərək Avropa Liqasının 1/8 final mərhələsinə çıxmağımız oldu. Bunları heç vaxt unutmayacağam.

- Müdafiəçi olsanız da, bir neçə vacib qol vurmusunuz. 2024-cü il fevralın 22-də “Braqa” ilə Tofiq Bəhramov adına Respublika stadionundakı oyunda Nəriman Axundzadəyə verdiyiniz ötürməni necə xatırlayırsınız: Həmin anda o boşluğu necə hiss etdiniz?

- Mənim üçün şəxsi qolların önəmi yoxdur. Həmişə komandanın uğuru birinci planda olub. “Braqa” ilə oyun karyeramın ən yaddaqalan matçlarından biri kimi qalacaq. Son dəqiqələrdə verdiyim ötürmədən çox, meydanda 10 nəfərlə qalan komandanın fədakarlığını xüsusi qeyd etmək istəyirəm.

- Komandanızla birlikdə UEFA Çempionlar Liqasının qrup mərhələsinə ilk dəfə vəsiqə qazanmağınız sizə və komanda yoldaşlarınıza necə təsir etmişdi: O dövrün “Qarabağ”ını indiki komandadan necə fərqləndirərdiniz?

- Belə böyük turnirdə ad-sanlı komandalarla oynamaq bizim üçün böyük uğurdur. Bu oyunlardan böyük təcrübə qazandıq. Çoxları əvvəlki heyətlə indiki heyəti müqayisə edir. Mənə görə hər iki heyətin öz müsbət cəhətləri var idi. İndiki heyət artıq Avropa Liqası və Konfrans Liqasında qrup oyunlarında çıxış təcrübəsinə də sahibdir. Hər halda seçim azarkeşlərindir. Hansını daha çox bəyəndiklərinə onlar qərar verəcək.

- Hazırda bir çoxları “Neftçi” – “Qarabağ” qarşılaşmalarını əsl derbi saymır. Bəs siz keçmişdə “Xəzər Lənkəran” və ya “Bakı” ilə oyunları necə xatırlayırsınız: Elə bir matç və ya epizod varmı ki, yaddaşınızda iz buraxıb?

- Mənim üçün prinsipial oyunlar hələ də “Neftçi”yə qarşıdır - rəqib hansı vəziyyətdə olur-olsun. Xüsusilə, 2015/20216 mövsümündə Azərbaycan Kubokunun finalında onlara qarşı 120-ci dəqiqədə vurduğumuz qolla qazandığımız qələbə yaddan çıxmaz. “Xəzər Lənkəran” və “Bakı” ilə qarşılaşmaları da yaxşı xatırlayıram. Xüsusən, Lənkəranda atmosfer çox gözəl idi, stadion hər zaman dolu olurdu. Təəssüf ki, bu bölgənin Premyer Liqada komandası yoxdur. Halbuki onlar çempionatın bəzəyi idilər.

- 2012-ci ildən Azərbaycan milli komandasına mütəmadi dəvət alırsınız. Azərbaycan vətəndaşlığını qəbul etməyinizi və Berti Foqtsun rəhbərliyi altında debütünüzü necə xatırlayırsınız?

- Mən əvvəlcə U-21 yığmasına dəvət olunmuşdum. Həmin vaxt məni Foqts “kəşf” etmişdi. Onunla bağlı xatirələrim çox xoşdur. Həmişə futbolçuları ön planda saxlayır, onların rifahı üçün əlindən gələni edirdi. O dövrdə Yaponiyaya və ABŞ-a qarşı maraqlı səfər oyunlarımız olmuşdu. Komanda ruhuna önəm verən biri idi. Alp dağlarında gəzinti, rafting və s. kimi müxtəlif tədbirlər təşkil edirdi.

- Milli komandadakı karyeranızı bitirmək barədə düşünürsünüzmü, yoxsa hələ belə bir plan yoxdur?

- Özümü komandaya yardım edə biləcək gücdə hiss etdiyim müddətdə burada olacağam. Xüsusilə indi düşdüyümüz çətin durumda komandama dəstək olmaq istəyirəm.

- Sizin üçün ən çətin dövr hansıdır və millidə yaşadığınız son zədənin vəziyyəti necədir?

- Təəssüf ki, zədələr futbolun ayrılmaz hissəsidir. Mən də bu problemi yaşamışam. Karyeramda iki ağır zədə almışam, hər ikisi də ön çarpaz bağlarla bağlı idi. Xüsusilə birinci zədə çox çətin keçdi, çünki gənc idim və belə uzun fasiləyə psixoloji olaraq hazır deyildim. Amma belə zədələr futbolçunu karyerasının nə qədər qısa olduğunu anlamağa məcbur edir. Necə deyərlər, ağır zədələrdən sonra futbolçular işinə və məşqlərə daha ciddi yanaşır.

- Karyeranızın bu mərhələsində qarşıya hansı məqsədləri qoymusunuz: “Qarabağ”da davam etməyi planlaşdırırsınızmı?

- Mənim hələ bir illik müqaviləm var və hazırda bütün diqqətimi qarşıdakı Çempionlar Liqasının təsnifat oyunlarına yönəltmişəm. Karyeram ərzində demək olar ki, bütün turnirlərdə çıxış etmişəm. Avropanın ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə düşmək və həm komanda, həm də azarkeşlərlə birlikdə o həyəcanı yenidən yaşamaq istəyirəm.

- Gələcəkdə “Qarabağ”da məşqçi kimi qalma variantını nəzərdən keçirirsiniz?

- Hələlik məşqçilik haqqında düşünmürəm. Amma anlayıram ki, gələcəkdə karyeram boyu qazandığım təcrübəni paylaşmalı olacağam.

- Övladlarınız sizin yolunuzu davam etdirmək istəyirlərmi və ya siz özünüz bunu istəyirsinizmi?

- Mənim üçün əsas odur ki, uşaqlarım tərbiyəli və düzgün böyüsünlər. Onları məcburən futbola yönləndirməyəcəyəm. Bu istək özlərindən gəlməlidir. Belə bir həvəs görsəm, əlbəttə, dəstək verəcəyəm.

- Bu illər ərzində “Qarabağ”dan bir çox futbolçu ayrılıb, bəziləri isə geri qayıdıb. Elə bir an olubmu ki, ayrılmaq fikrinə ciddi yanaşmısınız və Qurban Qurbanovla bu barədə müzakirə etdiyiniz təkliflər olubmu?

- Karyeramın müxtəlif mərhələlərində mənə maraq göstərən klublar olub. Amma hər zaman baş məşqçim Qurban müəllimlə məsləhətləşmişəm. Həm özüm, həm də klub üçün nəyin daha faydalı olduğunu düşünmüşəm. Elə bu səbəbdəndir ki, “Qarabağ”da futbolçular uzun müddət qalırlar. Burada futbolçulara münasibət peşəkar və doğrudur.

- Hər yay “Qarabağ”da müəyyən dəyişikliklər olur. Sizcə, Yassin Benzia, Patrik Andrade və Marko Veşoviçin gedişi komandaya necə təsir edəcək?

- Futbolda bu, normaldır. Kiminsə getməsi və yerinə başqasının gəlməsi başadüşüləndir. Gedən oyunçuların zəhmətini dəyərləndiririk. Yeni gələnlərə isə uyğunlaşmaq üçün vaxt lazımdır. Ümid edirəm ki, onlar da komandaya fayda verəcəklər.

- Sizcə, mövsümün ən uğurlu transferi kim olub və hansı futbolçunun gedişi sizi daha çox məyus edib?

- Bu suala cavab verməsəm, daha yaxşı olar. Çünki heç kimin xətrinə dəymək istəmirəm.

- İyunun 21-də Bakıda UFC turniri keçirildi. Dağıstanlı döyüşçülərlə görüşdünüzmü? Onları əvvəldən tanıyırdınızmı?

- Təəssüf ki, həmin vaxt Bakıda deyildim. Döyüşçülərlə qiyabi tanışlığım var. Bir çox idmançılar üçün onlar nümunədirlər. Xüsusilə, Həbib Nurməhəmmədov "Qarabağ" haqqında yaxşı məlumatlı idi və çox xoş təəssüratlar yaratdılar.

- Hamı “Qarabağ”ın bu il UEFA Çempionlar Liqasının Liqa mərhələsinə düşməsini gözləyir. Mövcud heyətlə bu şansları necə qiymətləndirirsiniz?

- Biz həmişə hər oyunda qələbə qazanmağı qarşımıza məqsəd qoyuruq. Bəzən alınır, bəzən yox. Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinə düşməyə çox yaxın idik. Keçmiş səhvlərdən nəticə çıxarıb, bu dəfə daha yaxşı nəticə göstərmək istəyirik.

- Sonda azarkeşlərə nə demək istərdiniz?

- Hər şeydən öncə onlara "çox sağ olun" deyirəm. Dəstəklərini istənilən vaxt, istənilən hava şəraitində hiss etmişik. Hər zaman çalışmışıq ki, onların etimadlarını doğruldaq. Səfər və ya ev fərqi yoxdur, hər bir matçımızda bizə motivasiya veriblər. Onlar hər şeyin ən gözəlini haqq edirlər. Bu azarkeşlər "Qarabağ"la yeni və daha böyük uğurları yaşamağa layiqdirlər. Ümid edirəm ki, qarşıdakı vacib avrokubok matçlarında da bizim yanımızda olacaqlar.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 İyun 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see483

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see454

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see331

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see328

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see262

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see262

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see245

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see244

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see236

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see231

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see226

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see223

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see222

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see217

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see211

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see209

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see206

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see203

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see194

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri