Icma.az
close
up
RU
Bədənimizdə vitamin çatışmadığını necə bilək? ƏLAMƏTLƏR

Bədənimizdə vitamin çatışmadığını necə bilək? ƏLAMƏTLƏR

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Orqanizmdə vitamin çatışmazlığı səbəbindən bir çox problemlər yaranır.

Bəs vitamin çatışmazlığının əlamətləri nələrdir? Ailem.az bununla bağlı türkiyəli professor Birsəl Kavaklının fikirlərini təqdim edir.

1. Görmə problemləri

Görmə problemlərinin yaşanması orqanizminizdə A vitamini çatışmazlığına işarə ola bilər. A vitamini normal və gecə görmədə dəstək verən bir vitamin növüdür. A vitamini çatışmadıqda gecə korluğu kimi problemlər ortaya çıxarır.

2. Uzun müddətli yorğunluq

Orqanizmdə uzun müddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasya pozuqluğu hiss edilməsi B1 vitamini çatışmazlığına işarədir. B1, xüsusilə, beynin enerji istehsalı üçün lazımlı bir vitamindir.

3. Dil və dəridə çatlar

Bəzi dəri xəstəlikləri və sinir sistemi pozulmaları B6 vitamini çatışmazlığından qaynaqlanır. Xüsusilə dodaq və dil çatlaması kimi əlamətlər orqanizmdə B6 vitamini çatışmazlığına işarə edə bilir. Bu vitamin çatışmadıqda hüceyrə yenilənməsi yavaşlayır və iltihablanma kimi dəri problemləri olur.

4. Qanazlığı

Qanazlığı bəzən vitamin çatışmazlığının bir işarəsi ola bilər. Fol turşusu B vitamini ailəsinin bir üzvüdür. Fol, ya da B9 vitamini olaraq bilinir. B9 vitamini çatışmazlığı qanazlığının yaranmasına yol açan bir səbəbdir. DNT sintezi və hüceyrə bölünməsi zamanı əhəmiyyəti olan vitamin növüdür.

5. Zehni yorğunluq

Uzun müddətli yaşanan zehni yorğunluq B12 vitamini çatışmazlığını işarə edir. B12 vitamin çatışmazlığı zehni fəaliyyətə təsir edən bir vəziyyətdir. Zehni yorğunluq zamanla intellektual bacarıqların da yavaşlamasına yol açır. Əgər şəxsin uzun müddətdir unutqanlıq, hafizə itkisi kimi problemləri varsa, mütləq qanda B12 vitamininin səviyyəsi yoxlanılmalıdır. B12 vitamininin çatışmazlığı həmçinin qanazlığına da səbəb olur.

6. Dəridə asanlıqla yaranan qaralmalar

Bədəndə asanlıqla qaralmaların yaranması, ya da dəridə qırmızı-mavi rəngdə ləkələrin və nöqtələrin görülməsi C vitamini çatışmazlığını göstərir. C vitamini çatışmazlığı bədəndə müxtəlif toxumaların zərər görməsinə səbəb ola bilər.

7. Sümük ağrıları

Orqanizmdə D vitamini çatışmazlığı özünü sümük ağrısı, sümük əriməsi olaraq göstərə bilər. Çatışmazlıq nəticəsində yaranan sümük ağrıları bütün orqanizmdə hiss edilir. Bu ağrılara zamanla halsızlıq da qatılır.

8. Əzələ itkisi

Əzələlərdə yaranan zəiflik və gücsüzlük E vitamini çatışmazlığından qaynaqlana bilər. E vitamini çatışmazlığı əzələlərdə zamanla zəifləməyə yol aça bilir.

9. Həddindən artıq qanamalar

Orqanizmdə meydana gələn həddindən artıq qanamalar K vitamini çatışmazlığından yaranır. Menstruasiya qanaxmaların uzun sürməsi, səbəbsiz yerə diş əti və burun qanamalarının yaranması K vitamini çatışmazlığına işarədir.

10. Cansız dırnaq və saçlar

Saç və dırnaq bölgələrində yaşanan problemlər H vitamini, digər adı ilə biotin, ya da B7 vitamini çatışmazlığına işarə edə bilər. Saçlarda kəpəklənmə, tökülmə, cansızlıq, qırılmalar olur. Dırnaqlarda tez qırılma, yumşalma, ağ ləkələr və yavaş uzanma kimi əlamətlər ortaya çıxır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri