Icma.az
close
up
RU
Bədii gimnastikada vida mövsümü FOTO İdman və Biz

Bədii gimnastikada vida mövsümü FOTO İdman və Biz

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Olimpiya ilinin sonunda bədii gimnastikada vida zamanı olub. Bir neçə aparıcı idmançı, o cümlədən azərbaycanlılar Zöhrə Ağamirova və Zeynəb Hümmətova karyeralarını başa vurduqlarını elan ediblər.

İdman.biz Parisdə keçirilən Yay Oyunlarından sonra böyük idmanla vidalaşan gimnastların siyahısını tərtib edib.

Zöhrə Ağamirova

O, hadisələrlə zəngin karyera yaşayıb. Fərdi yarışda olimpiadaya vəsiqə qazanan ilk yerli bədii gimnast olub. Zöhrə Tokioda yarışıb, sonra Parisdə ikinci olimpiadasında çıxış edib.

Ağamirovanın ilk mühüm nailiyyəti 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında komanda ilə qızıl medal qazanması olub. Dörd il sonra Konyada keçirilən analoji yarışlarda üç dəfə qalib olub.

Zöhrə üçün ən yadda qalan hadisələrdən biri Bakıda keçirilən Avropa çempionatında topla hərəkətdə bürünc medal qazanması olub. “Ən unudulmaz an idi, məşqçilərim çox razı qalmışdılar. O vaxt özümlə fəxr edirdim”, - deyə idmançı xatırlayır.

Ağamirova özündən sonra Azərbaycan gimnastikasında parlaq irs qoyub.

Zeynəb Hümmətova (şəkildə mərkəzdə)

Zeynəb karyerasını indiki qrup komandasının ən təcrübəli gimnastı kimi başa vurub. O, dünya və Avropa çempionatlarının fəxri kürsülərində yer alıb, qrup komandasının Konyada İslam Həmrəyliyi Oyunlarında iki qızıl və bir gümüş medal qazanmasına öz töhfəsini verib. Hümmətova həmçinin iki olimpiadada çıxış edib. Qrup komandası Parisdə beşinci yeri tutaraq olimpiadalarda ən yüksək nailiyyətinə imza atıb.

“Olimpiadada ən yaxşılar arasında olmaqdan qürur duyuruq. Fəxr edirik ki, yaxşı çıxış edə bildik. Məşqçi bizdən razıdır, deməli, düzgün yoldayıq. Komandaya uğurlar, daha böyük nəticələr arzulayıram”, - deyə Hümmətova final çıxışından sonra qeyd edib.
Zeynəbin karyerasını başa vurması, faktiki olaraq, onun evliliyi ilə üst-üstə düşüb. Yalnız gimnasta ailə xoşbəxtliyi arzulamaq qalır.

Milena Baldassarri

İtalyan haqlı olaraq dünya gimnastikasının ən zərif nümayəndələrindən biri hesab olunur. O, dəfələrlə Bakıda çıxış edib, həmişə də mehribanlıqla qarşılanıb və Milena da paytaxtımızı ikinci vətəni adlandırıb. Həm də Baldassarri iki il əvvəl Şəkidə milli federasiyanın yenidən təşkilinin 20 illiyinə həsr olunmuş gimnastika yarışları çərçivəsində qala şounun iştirakçısı olub.

O, dünya çempionatının bütün mükafatlarını qazanıb. Şəxsi nəticələr baxımından isə ən çox 2018-ci ildə Sofiyada keçirilən mundial onun üçün uğurlu keçib. Orada Baldassarri lentlə hərəkətlərdə gümüş, topla hərəkətlərdə isə bürünc mükafatçı olub, həmçinin komanda yarışında qızıl medal qazanıb. Bu il Budapeştdə keçirilən Avropa çempionatında Milena komanda hesabında gümüş medala sahib çıxıb.

Boryana Kalein

Bolqarıstanlı gimnast uzun müddət yüksək səviyyədə çıxış edib. Ötən il Bakıda keçirilən Avropa çempionatında o, həm çoxnövçülükdə, həm də komanda hesabında qalib gəlib, gürzlərlə hərəkətlərdə gümüş, top, lent və halqa ilə hərəkətlərdə isə bürünc medal qazanıb. Bu il Budapeştdə keçirilən Avropa çempionatında da halqa ilə hərəkətlərdə qalib gəlib.

2023-cü ildə Valensiyada keçirilən dünya çempionatında Kalein həm komanda ilə birinci olub, həm də halqa və lentlə hərəkətlərdə gümüş medal qazanıb. Nəhayət, Paris Olimpiadasında bolqar gimnastı gümüş mükafatçı olub.

“Həyatımın əsas dövrünü - aktiv idmançı hissəsini yekunlaşdırmağın vaxtı gəlib. Bədii gimnastika həyatımın böyük bir hissəsi olub və həmişə də belə qalacaq”, - deyə Kalein bildirib.

Daria Atamanov

İsrailli gimnastın ulduzu keçən il öz ölkəsində keçirilən qitə çempionatlarında daha aşkar parlayıb. Təl-Əvivdə o, beş dəfə fəxri kürsüyə qalxıb - çoxnövçülükdə hamıdan güclü olub, gürz, lent və halqa ilə hərəkətlərdə gümüş medal qazanıb, həmçinin komanda yarışında üçüncü yeri tutub. Daria Valensiyada keçirilən lisenziyalı dünya çempionatında da bürünc medal qazanıb.

Parisdəki Olimpiadadan sonra Atamanovun çıxışını davam etdirəcəyi güman edilirdi, lakin o, karyerasını bitirmək qərarına gəldi. Bu da gimnastların idmançı ömrünün kifayət qədər qısa olduğuna növbəti sübutdur.

Zəki Feyzullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri