Icma.az
close
up
RU
“Bədr Şirvani: yaradcılıq prizmasından” monoqrafiyası çap olunub

“Bədr Şirvani: yaradcılıq prizmasından” monoqrafiyası çap olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 1 iyun, AZƏRTAC

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Mehdi Kazımovun rus dilində “Bədr Şirvani: yaradcılıq prizmasından” monoqrafiyası işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab XV əsr Azərbaycan şairi Bədr Şirvaninin həyat və yaradıcılığına həsr olunub. Nəşrdə şairin yaradıcılıq irsi hərtərəfli araşdırılır, onun müxtəlif janrlarda yazılmış şeirləri təhlil edilir. Bədr poeziyasının üslub xüsusiyyətləri də izlənir. Şairin həyatı, eləcə də yaradıcılıq irsi bilavasitə Şirvanşahlar dövlətində formalaşmış tarixi-mədəni vəziyyətlə bağlı olub. Bədrin saray şairi statusu, Şirvanşahlar dövləti daxilində və ondan kənarda etdiyi çoxsaylı səfər və səyahətlər ona dövrün tarixi hadisələrini müşahidə etmək, bəzən də istər-istəməz onların iştirakçısına çevrilmək, hadisələrin şiddətini və dramatizmini yaşamaq imkanı verirdi.

Kitabda qeyd olunur ki, Bədr orta əsrlər Azərbaycan və daha geniş desək, farsdilli ədəbiyyatın bütün janrlarında, orta əsrlərin estetik meyarlarına, ədəbi mühitin tələb və zövqlərinə əməl edərək yazıb. Eyni zamanda, onun şeirlərində tarixi konkretliyə böyük yer ayrılır. Onun qəsidələri, tərkibbəndləri, qitələri, xronoqramları, həcvləri və s. mahiyyətcə orta əsr şəhər həyatına, cəmiyətdəki sosial münasibətlərə, şairin burada tutduğu yerə, sarayla əlaqələrinə, ədəbi əməyin haqqına və s. mövzulara toxunan sanki tarixi sənədlər idi.

Monoqrafiyada Bədr lirikasının ətraflı tədqiqi belə bir qənaətə gəlməyə imkan verir ki, şair müəyyən problemləri həll edərək şərti sərhədlərlə məhdudlaşmamış və zəruri motivləri özünə uyğun formada işləyə bilib.

Bədr yaradıcılığı XV əsr Azərbaycan ədəbiyyatı konteksində inkişaf etmişdir. Bunu onun bədii söz sahəsində sələfləri ilə poeziyasının davamlılığına tez-tez müraciət etməsi, şeirlərinin uyğun obraz və üslub, folklor elementlərinin mövcudluğu, Azərbaycan dilində ayrı-ayrı fraqmentlərin, beytlərin, sözlərin divanına daxil edilməsi və s. əsasında mühakimə etmək olar. Onun lirikası Yaxın Şərq və Mərkəzi Asiyanın farsdilli ədəbiyyatı ilə sıx bağlı olmuş, xüsusən bu ədəbiyyatın inkişaf qanunauyğunluqları, bədii metodu, poetikası və ümumi poetik fondunun xüsusiyyətləri ilə səciyyələnmişdir.

Kitab mütəxəssislər, ali məktəblərin tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri