Icma.az
close
up
RU
Azərbaycanlı alimin monoqrafiyası gürcü dilində çap olunub

Azərbaycanlı alimin monoqrafiyası gürcü dilində çap olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 10 iyul, AZƏRTAC

Azərbaycanlı araşdırmaçı alim Aida Mirzəyevanın “Azərbaycan istiqlal poeziyası” monoqrafiyası Tbilisidə gürcü dilində çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş monoqrafiyada çağdaş ədəbiyyatla bağlı araşdırmalar əksini tapıb.

Kitabda vurğulanır ki, XX əsr Azərbaycan ədəbiyyatı öz orijinallığı, yeni mövzuların ədəbiyyata gəlməsi, yeni insan münasibətlərinin yaranması baxımından xüsusi bir mərhələdir. Təbii ki, bu əsr həm də müxtəlif janr bolluğu ilə seçilir. Cümhuriyyətimizin süqutundan sonra yenidən işğala məruz qalanda, yenidən Milli Cümhuriyyətimizin bərpası səadətini yaşayanda da millətimizin sayılıb-seçilən yazarları ən çətin məqamlarda zülmə, əsarətə boyun əyməyərək milli kimlik və şəxsiyyətlərini qoruyub saxlayaraq zülmün qapısını yalın yumruqları – əsərləri ilə döyəclədilər. Belə şairlərdən biri ömrü boyu vətən, millət sevgisi ilə alışıb-yanan ən çətin, dözülməz zaman kəsiyində gözəl əsərlərini yazıb qorxmadan onları çap etdirən, xalqa milli kimliyini yada salan, azadlıq və istiqlal arzularından bir an vaz keçməyən Bəxtiyar Vahabzadə idi.

Oxuculara təqdim edilən monoqrafiya bu böyük sənətkarın poeziyasında “istiqlal ideyası”na həsr olunub.

Milli şairin zəngin, ideoloji baxımdan bənzərsiz yaradıcılığını – poeziyasını izləmək üçün müəllif belə bir fabula seçir: “Giriş”, “İstiqlal probleminin aktuallığı və bəşəri mahiyyəti”, “Poeziyada Güney Azərbaycan və Qarabağ hadisələrinin bədii təzahürü”, “B.Vahabzadə poeziyasında milli istiqlal problemi”, “Nəticə” və istifadə olunmuş ədəbiyyat siyahısı.

Monoqrafiyanın bu formatda qurulması mövzu ilə bağlı şairin yaradıcılıq meyilləri haqqında geniş və müfəssəl məlumat vermək, onun istiqlalla bağlı istək və arzularını, hətta bəzi məqamları çəkinmədən dilə gətirməsini, xalqın oyanış və mübarizəsində B.Vahabzadə yaradıcılığının əvəzsiz rol göstərə bilməsi üçün şərait yaratmışdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri