Icma.az
close
up
RU
“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bədr müqaviləsi”ni imzalayan dövlətlərin əməkdaşlıqda fərdi maraqları var. Türkiyə, Qətər, Pakistan və İndoneziya birgə hərbi istehsal və texnologiya transferi yolu ilə müdafiə sənayelərini gücləndirməyə ümid edirlər. Ancaq qeyri-bərabər texnoloji imkanlar və açıqlanmayan kommersiya razılaşmaları müqavilənin yerinə yetirilməsi prosesində suallar yarada bilər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Türkiyə, Qətər, Pakistan və İndoneziya 21 oktyabr 2026-cı ildə Dohada Bədr Anlaşma Memorandumunu imzalayaraq müdafiə istehsalı, tədqiqat, texnologiya transferi və texniki təlim üzrə əməkdaşlıq etməyi razılaşıblar:

“Qətərin müdafiə mövqeyi birbaşa Hörmüz boğazındakı pozuntuların yaratdığı risklərlə və hərbçilərin zəifliyi ilə əlaqəlidir. Türkiyə və İndoneziya şirkətləri birgə tank istehsalını həyata keçirirlər. Bundan başqa Türkiyə 48 ədəd KAAN qırıcı təyyarəsinin ixracı üzrə İndoneziya ilə müqavilə imzalayıb. Bu “Bədr müqaviləsi”ndən əvvəl imzalanan sazişdir. Bu, iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin yaradıb.

Ümumiyyətlə “Bədr müaviləsi” ən çox Türkiyəyə kommersiya baxımından gəlir qazandıra bilər. Türkiyə hərbi sənayesi “Bədr müqaviləsi”ndən ən böyük paya iddialıdır. Müqavilə Türkiyəyə daha çox müştəri və investisiya, o cümlədən uzunmüddətli təchizatçı əlaqələr vəd edir. Müqavilə çərçivəsində əsas mühəndislik Türkiyədə qalarsa, Ankara tərəfdaşlarına axtardıqları texnoloji müstəqilliyi vermədən ixracı genişləndirə bilər”.

Politoloqun fikrincə, Qətər və İndoneziya yalnız layihələri maliyyələşdirməklə kifayətlənməyəcəklər:

“Qətərin sadəcə tərəfdaşlarının ambisiyalarını maliyyələşdirəcəyini düşünmək səhv olardı. Bu dövlət qabaqcıl silah və hərbi texnikanın istehsalı prosesində iştirak etmək istəyir. Pakistanın isə dəniz istehsalı sahəsindəki təcrübəsi yeni müştərilər cəlb etmək və qlobal istehsal şəbəkələrindəki rolunu genişləndirmək üçün bir platforma rolunu oynaya bilər. İslamabadın rəsmi narrativi hərbi istehsal, tədqiqat və təlimlərdə üstünlüyünü göstərməkdir. Pakistan “Bədr müqaviləsi” ilə paralel olaraq Çinlə hərbi tərəfdaşlığını da davam etdirəcək. İndoneziya Türkiyənin hərbi texnikasına maraq göstərsə də, yalnız müqaviləyə imza atan dövlətlər üçün bazar rolunu oynamaq istəmir. İndoneziyanın prioriteti hərbi texnika istehsal etmək, mövcud şəraitə uyğunlaşdırmaq və nəticədə rəqabət aparmaq üçün təcrübə və səlahiyyət qazanmaqdır.

“Bədr müqaviləsi”nin zəif tərəflərindən biri üzv dövlətlərin hərbi texnikanın istehsalında xarici təhcizatçılardan asılı olmalarıdır. Hərbi texnikanın birgə istehsalı zamanı kommersiya şərtlərinin tərəflərin maraqlarına uyğunluğunu təmin etmək də asan olmayacaq. Müqavilə çərçivəsində layihələri müəyyən etmək, təsdiqləmək və planlaşdırmaq üçün strateji şura yaradılıb. Şura ilk növbədə dördtərəfli proqramları və dizayn hüquqlarının bölüşdürülməsini təmin etməlidir. Müqavilənin icrası üzv dövlətlər arasında təcrübə və səlahiyyətlərin necə bölüşdürülməsindən asılı olacaq. Əks halda fərqli milli maraqlar kollektiv maraqları üstələyə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Noyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri