Icma.az
close
up
RU
BƏƏ ilə strateji dialoq Azərbaycanın mövqeyini gücləndirir

BƏƏ ilə strateji dialoq Azərbaycanın mövqeyini gücləndirir

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri Azərbaycanın müasir xarici siyasət kursunun çoxşaxəli, balanslı və praqmatik mahiyyətini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, aparılan müzakirələr və verilən siyasi mesajlar Azərbaycanın yalnız regional miqyasda deyil, eyni zamanda qlobal siyasi və iqtisadi proseslərdə artan rolunun bariz göstəricisi kimi dəyərləndirilə bilər. Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və siyasi dialoq xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın ərəb dünyası ilə, xüsusilə də enerji ixracatçısı və dünyada yüksək inkişaf tempi ilə seçilən BƏƏ ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ölkəmizin uğurlu və uzaqgörən diplomatiyasının nəticəsidir. BƏƏ regionda və qlobal miqyasda mühüm iqtisadi-siyasi aktor olmaqla yanaşı, Azərbaycanın etibarlı və perspektivli tərəfdaşlarından biri kimi çıxış edir. Cənab Prezidentin Əbu-Dabiyə səfəri bir daha göstərdi ki, Azərbaycan–BƏƏ münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, investisiya, enerji, yaşıl texnologiyalar, bərpa olunan enerji mənbələri və nəqliyyat-logistika sahələrində dinamik şəkildə inkişaf edir. Bu əməkdaşlıq Azərbaycanın iqtisadi şaxələndirmə siyasətinə, qeyri-neft sektorunun genişlənməsinə və ölkəmizin regional tranzit mərkəzinə çevrilməsi strategiyasına mühüm töhfə verir. Səfər çərçivəsində Prezident cənab İlham Əliyevə Zeyd Beynəlxalq Mükafatının təqdim olunması xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Bu mükafat dünyada sülhün təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və xalqlar arasında dialoqun inkişafına verdiyi töhfələrə görə təqdim olunur. Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın sülhsevər xarici siyasət kursunun, regional və qlobal sabitliyə verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan müasir dünyada yalnız enerji və iqtisadi layihələrlə deyil, eyni zamanda sülh təşəbbüsləri və konstruktiv diplomatiyası ilə də seçilən dövlətdir. Səfərin diqqətçəkən mühüm məqamlarından biri də Prezident cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü oldu. Görüş regionda davamlı sülhün təmin olunması istiqamətində atılan növbəti mühüm addım kimi qiymətləndirilməlidir. Azərbaycan post-münaqişə dövründə sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış edir və bu mövqeyini beynəlxalq platformalarda ardıcıl şəkildə nümayiş etdirir. Görüşün neytral və nüfuzlu beynəlxalq mühitdə baş tutması Azərbaycanın dialoqa açıq olduğunu, sülh və sabitliyin təminində məsuliyyətli və konstruktiv mövqe sərgilədiyini bir daha təsdiqlədi. Eyni zamanda səfər çərçivəsində Azərbaycan və BƏƏ prezidentlərinin birgə hərbi təlimləri izləməsi iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərdi. Bu birgə hərbi təlimlər qarşılıqlı etimadın möhkəmləndirilməsi, hərbi təcrübə mübadiləsi və regional təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə BƏƏ arasında hərbi əməkdaşlığın inkişafı regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə xidmət etməklə yanaşı, ölkəmizin müdafiə qabiliyyətinin və beynəlxalq hərbi tərəfdaşlıq imkanlarının genişlənməsinə də şərait yaradır. Əbu-Dabi platforması bir daha göstərdi ki, Azərbaycan regional məsələlərin həllində güc və təzyiq siyasətindən deyil, beynəlxalq hüquqa, diplomatiyaya və qarşılıqlı etimada əsaslanan yanaşmaya üstünlük verir. Bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün real və dayanıqlı zəmin yaradır. Eyni zamanda, Azərbaycanın BƏƏ kimi nüfuzlu və sürətlə inkişaf edən ölkə ilə münasibətlərinin yüksək səviyyədə olması ölkəmizin İslam və ərəb dünyasında siyasi çəkisinin artdığını göstərir. Bu, Azərbaycanın multikultural dəyərlərə, sivilizasiyalararası dialoqa və beynəlxalq əməkdaşlığa verdiyi önəmin praktik təzahürüdür. Ümumilikdə deyə bilərik ki, Prezident cənab İlham Əliyevin Əbu-Dabiyə rəsmi səfəri Azərbaycanın xarici siyasətində strateji dərinliyin daha da artdığını, ölkəmizin həm Şərq–Qərb, həm də Şimal–Cənub geosiyasi xəttində etibarlı və önəmli tərəfdaş kimi qəbul edildiyini bir daha sübut etdi. Enerji diplomatiyası, iqtisadi əməkdaşlıq, siyasi dialoq, sülh təşəbbüsləri və hərbi-strateji əməkdaşlığı özündə birləşdirən bu səfər Azərbaycanın regional liderlik mövqeyinin möhkəmləndirilməsi və beynəlxalq arenada təsir imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri