Icma.az
close
up
RU
Slovakiya ilə strateji tərəfdaşlıq Azərbaycanın Avropada mövqeyini gücləndirir

Slovakiya ilə strateji tərəfdaşlıq Azərbaycanın Avropada mövqeyini gücləndirir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Qarabağın bərpasına dost ölkənin humanitar dəstəyi

Azərbaycan və Slovakiya arasında münasibətlər son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması və iqtisadi əməkdaşlığın genişlənməsi fonunda yeni inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə arasında 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini təsdiqləyən mühüm sənəddir. Bu sənəd siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi və institusional baza formalaşdırıb.

Münasibətlərin yüksələn xətt üzrə inkişafının növbəti göstəricisi Slovakiya Prezidenti Peter Pelleqrininin iyulun 14-də Qarabağa, o cümlədən Şuşaya səfəri oldu. Prezident İlham Əliyevlə birgə həyata keçirilən bu səfər təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Slovakiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyin növbəti ifadəsi kimi mühüm siyasi əhəmiyyət daşıyır. Şuşaya səfər işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə tanışlıq, eləcə də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi inkişaf strategiyasına verilən dəstəyin nümayişi baxımından da diqqət çəkir.

Prezident İlham Əliyev Slovakiya Prezidenti ilə mətbuata bəyanatında vurğulayıb ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir: “Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”.

Qeyd edək ki, Slovakiya Qarabağın bərpasına töhfə verən ölkələr sırasına daxildir. Ağdam rayonun Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Burada “Ağıllı kənd” layihəsi icra olunur. Bundan başqa, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ölkəmizdə səfərdə olarkən Prezident İlham Əliyev ilə birgə Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar. Bu məktəb Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunub. Bu baxımdan deyə bilərik ki, iki ölkə arasında münasibətlər təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də humanitar, sosial sahədə inkişaf edir.

***

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində əsas aktorlardan biri kimi çıxış edir. Slovakiya ilə enerji sahəsində əməkdaşlıq əlaqələrin əsas istiqamətlərindən biridir. Bu əməkdaşlıq 2024-cü ilin sonunda SOCAR ilə Slovakiyanın dövlət qaz şirkəti SPP arasında imzalanmış qısamüddətli pilot müqavilə əsasında başlayıb.

İlk qaz tədarükləri 2024-cü il dekabrın 1-dən həyata keçirilib. Əməkdaşlıq sonradan daha da genişlənib. Prezident Peter Pelleqrinin Şuşada verdiyi bəyanatda bildirib: “Cənab Prezident, mən, həmçinin enerji böhranı zamanı Azərbaycanın operativ cavabına görə Sizə və Azərbaycana təşəkkürümü bildirmək istərdim. Həmin vaxt Siz öz hazırlığınızı və arzunuzu bildirdiniz ki, ölkəmizə təbii qaz təchiz olunsun. Bütün bunlar qazın Ukrayna vasitəsilə tranziti dayandırıldıqdan sonra boşluğun doldurulmasına böyük töhfə idi. Şadam ki, nazirlərimiz 2027-ci ildən sonra enerji təchizatı üçün sabit, uzunmüddətli həll variantının tapılmasında müzakirələri davam etdirəcəklər”.

Elə həmin gün Şuşada Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bildirib ki, Slovakiya 2027-ci ildən etibarən Azərbaycandan hər il 1,2 milyard kubmetr təbii qaz almağı planlaşdırır.

Qeyd edək ki, Slovakiya Prezidenti öz çıxışında daha bir vacib məqama toxunaraq bildirib ki, oktyabrdan etibarən iki ölkə arasında birbaşa uçuşlar başlayacaq. Bununla da iki ölkə bir-birinə daha yaxın olacaq, təhsil, insanlar arasında təmaslar və əlbəttə ki, biznes sahəsində əməkdaşlıq daha da asanlaşacaq. Yeri gəlmişkən, iyulun 15-də Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda Azərbaycan Turizm Bürosu və “Slovakia Travel” milli turizm təşkilatı arasında işbirliyinin inkişafını nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb.

Bir məqamda nəzərə çatdıraq ki, Slovakiya dövlət başçısının Azərbaycana səfəri zamanı geniş işgüzar nümayəndə heyəti müşayiət etmişdi. Bu isə təsadüfi olmayıb. Çünki Slovakiya Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib. Toplantıda hər iki ölkədən rəsmilər və sənaye, əczaçılıq, maliyyə, kənd təsərrüfatı, İKT, turizm, nəqliyyat, logistika, səhiyyə, daşınmaz əmlak və digər sahələri təmsil edən 100-ə yaxın şirkət nümayəndəsi iştirak ediblər. Biznes-forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində artan rolu, əlverişli işgüzar mühiti, nəqliyyat-logistika imkanları, eləcə də investorlar üçün təqdim edilən güzəştlər işbirliyi üçün yeni imkanlar açır.

Slovakiya Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki, iki ölkənin biznes dairələri arasında birbaşa təmasların artırılması, qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi və prioritet sahələr üzrə səmərəli əməkdaşlığın genişləndirilməsi ikitərəfli iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə töhfə verə bilər.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

Slovakiya və Azərbaycan prezidentlərinin mətbuata bəyanatlarında iki ölkə arasında iqtisadi münasibətlərin inkişafını müəyyənləşdirən strateji məqamlar ön plana çıxdı. Tərəflərin həm enerji, həm də qeyri-enerji sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqları bir daha vurğulandı.

Hazırda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi mövcud potensialı tam əks etdirmir. Belə ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 42,6 milyon ABŞ dolları təşkil edib və bunun əsas hissəsi Slovakiyadan Azərbaycana ixracın payına düşüb. Bununla yanaşı, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar mövcuddur. Xüsusilə Azərbaycanın qeyri-neft məhsullarının Slovakiya bazarına çıxarılması baxımından əhəmiyyətli perspektivlər var. Prezidentlərin görüşü və aparılan danışıqlar iqtisadi əlaqələrin daha da dərinləşməsinə, yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına və qarşılıqlı ticarət dövriyyəsinin artmasına əlverişli zəmin yaradır.

Eyni zamanda, tərəflər investisiya, sənaye və iqtisadiyyatın digər sahələrində də əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Slovakiyanın Avropa İttifaqına üzv ölkə kimi Qarabağın yenidən qurulmasında və bərpasında fəal iştirak etməsi, eyni zamanda göstərdiyi humanitar dəstək iki ölkə arasında münasibətlərin həqiqətən də strateji xarakter daşıdığını nümayiş etdirir. Diqqətçəkən məqamlardan biri də enerji əməkdaşlığı ilə yanaşı, yaşıl enerji sahəsində əməkdaşlığın da inkişaf etdirilməsidir.

Müzakirələr zamanı yaşıl enerji üzrə birgə layihələrin həyata keçirilməsi və Slovakiyanın enerji mənbələrinin şaxələndirilməsi məsələləri də ön plana çıxıb. Azərbaycan Avropa İttifaqının, eləcə də Slovakiyanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, qeyri-neft məhsullarının Avropa bazarlarına çıxışını da genişləndirməyi hədəfləyir. Slovakiya ilə strateji tərəfdaşlıq bu istiqamətdə mövcud imkanların reallaşdırılmasına mühüm töhfə verə bilər.

Ümumilikdə, Slovakiya Prezidentinin Azərbaycana səfəri və keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, iqtisadi əlaqələrin dərinləşməsinə və qarşılıqlı ticarət dövriyyəsinin həcminin artmasına əlverişli zəmin yaradır.

Musa BAĞIRLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri