Sahil Babayev: Orta Dəhliz Azərbaycanın strateji mövqeyini daha da gücləndirir
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Geosiyasi çağırışlar fonunda Orta Dəhlizin strateji əhəmiyyəti getdikcə artır və Azərbaycan bu marşrutun əsas həlqələrindən biri kimi çıxış edir.
Bu barədə maliyyə naziri Sahil Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu gün infrastruktura çox ciddi investisiyalar yatıran bir ölkədir:
"Bizim avtomobil yolları, dəmir yolları, hava nəqliyyatı, su nəqliyyatı istiqamətində çox mühüm nailiyyətlərimiz mövcuddur və bu gün baş verən geosiyasi çətinliklər, çağırışlar fonunda Orta Dəhlizin rolu getdikcə artır. Orta Dəhliz isə məhz Azərbaycandan keçir. Asiyanı Avropa ilə birləşdirir, Xəzər dənizini Qara dənizə birləşdirir və eyni zamanda bir çox digər istiqamətlər üzrə alternativ marşrutlar yaradır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 02 İyul 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















