BƏƏ sahillərində gəmiyə zərbə endirilib
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Birləşmiş Ərəb Əmirlikləri sahillərində lövbərdə olan gəmiyə naməlum mərmi ilə zərbə endirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Hadisə BƏƏ-nin Rashid limanından təxminən 24 dəniz mili şimal-qərbdə baş verib.
UKMTO-nun məlumatına görə, tanker kapitanı lövbərdə olan bir gəminin əyildiyini müşahidə edib. Gəminin naməlum mərmi ilə vurulduqdan sonra su almağa başladığı ehtimal olunur.
Mərkəz hadisənin təfərrüatlarını açıqlamayıb və zərbənin kim tərəfindən endirildiyini müəyyənləşdirməyib.
Hadisə bölgədə ticarət gəmilərinin təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş verib.
Bu mövzuda digər xəbərlər:ABŞ Venesuela sahillərində daha bir gəmiyə zərbə endirdi
03 Oktyabr 2025 23:04
“Xark adasına zərbə BƏƏ ərazisindən endirilib, İran cavab verəcək” Əraqçi
14 Mart 2026 21:59
Qara dənizdə taxıl daşıyan gəmiyə zərbə endirilib: 5 dənizçi həlak olub
19 İyul 2026 23:32
BƏƏ İranın Hörmüzdə gəmiyə hücum etdiyini bildirib
15 Avqust 2026 20:41
Hörmüz boğazında gəmi təhlükəsizliyinə növbəti təhdid: Oman sahillərində neft tankerinə zərbə endirilib
21 İyul 2026 08:10
Baxış sayı:93
Bu xəbər 09 Sentyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















