BƏƏ telekanalında “Səyahət və süfrə” proqramının son buraxılışı Azərbaycana həsr olunub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qahirə, 30 sentyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “əl-Fuceyra” televiziya kanalında “Səyahət və süfrə” proqramın son buraxılışı Azərbaycana həsr edilib.
AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət olan proqramda “Zakher Travel”in əməkdaşları Lyama Alex Raşi və Reham Ahmed verilişin aparıcısı Məryəm əz-Zənhaninin iştirakı ilə Azərbaycanın tarixinə və incəsənətinə dair maraqlı təqdimatlar ediblər.
Ümumi həcmi bir saat olan proqramda Azərbaycanın turizm imkanları, mətbəxi, təbiəti, milli musiqisi, xalçaçılıq sənəti, habelə qədim tarixi abidələri və zəngin memarlığından, eləcə də milli geyimlərindən bəhs edilir. Heydər Əliyev Mərkəzi, İçərişəhər və ölkəmizin digər memarlıq abidələri aparıcının və qonaqların maraqlı və özünəməxsus təqdimatında tamaşaçılara nümayiş olunur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Sentyabr 2025 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















