Icma.az
close
up
RU
Bəhlul Mustafazadə: “Hakimlərin “Sabah”a aşkar simpatiyası hiss olunurdu”

Bəhlul Mustafazadə: “Hakimlərin “Sabah”a aşkar simpatiyası hiss olunurdu”

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan kubokunun finalında “Sabah”a uduzduqları (2:3) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Məğlubiyyətinizə səbəb nə oldu?

- Bəlkə də son dəqiqələrdə daha məsuliyyətli olmalı, daha çox hesabı qorumağa yönəlik oynamalı idik. Səhvlərə yol verdik. Ümumi götürdükdə azarkeşlər üçün maraqlı qarşılaşma alındı. Təəssüf ki, qələbəyə bu qədər yaxın ikən kuboku əldən verdik. Bu səhvlərdən nəticə çıxarmalıyıq ki, gələcəkdə bu cür hallar təkrarlanmasın. Çox üzücü bir məğlubiyyət oldu.

- Hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz?

- Açığı, epizodların təkrarına baxmamışam. Ancaq oyunun içində ola-ola hakimlərin “Sabah”a aşkar simpatiyası hiss olunurdu. Epizodları izləyənlər də eyni sözləri təkrarlayırlar. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Lakin düşünürəm ki, daha yaxşı idarəçilik mümkün idi.

- Mükafatlandırma mərasimində səhnəyə çıxarkən ironiyalı şəkildə hakimləri alqışlamağınız da həmin simpatiyadan irəli gəlirdi?

- Haradasa, bəli. Çünki çox xırda epizodlarda belə rəqibin xeyrinə qərar verirdilər.

- 90+6-cı dəqiqə qapınızda qol gördükdən sonra əlavə vaxtda oyuna köklənmək çətin idi?

- Xeyr. Daha əvvəllər də 120 dəqiqə mübarizə apardığımız oyunlar olub. Ona görə hər hansı təsir olmadı. Sadəcə ani diqqətsizlik əlavə vaxtda qapımızda qol görməyimizlə nəticələndi.

- Daha əvvəl də “Qarabağ”ın heyətində kubokun finalında meydana çıxmısınız. Budəfəki finalı “Qarabağ” üçün ən çətini saymaq olar?

- 120 dəqiqəlik oyun oldu. Matç həm maraqlı alındı, həm də dramatik. Təəssüf ki, sonda məğlub olduq.

- Penaltilər seriyasına hazırlaşmışdınız?

- Xeyr.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qol.az
archiveBu xəbər 01 İyun 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri