Icma.az
close
up
RU
Belarus nümayəndəsi: Müəssisələrimiz Bakıdakı sərgidə sərfəli kontraktlar imzalayır

Belarus nümayəndəsi: Müəssisələrimiz Bakıdakı sərgidə sərfəli kontraktlar imzalayır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 14 may, AZƏRTAC

Azərbaycanla münasibətlərimiz çox mehriban və yüksək səviyyədədir. Biz hər il Azərbaycanda keçirilən sərgidə iştirak edirik. Belarusun ət-süd sənayesi, qənnadı məmulatları, spirtli içkilər istehsalı müəssisələrini gətiririk. Şirkətlərimiz isə sərfəli müqavilələr bağlayır. Hər il Belarus ekspozisiyası 100 kvadratmetrdən çox ərazini əhatə edir.

Bu barədə AZƏRTAC-a müsahibəsində “Belinterexpo” sərgi şirkətinin mütəxəssisi Natalya Romançuk XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri çərçivəsində məlumat verib.

Belarus pavilyonunun nümayəndəsi qeyd edib: “Xatırladığımız qədər, keçən il sərgiyə prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko gəlmişdi. Sərgi genişmiqyaslı idi. Əminəm ki, prezidentlərimiz bu sərgini bəyəndilər. Bizim dostluq münasibətlərimiz, əlbəttə ki, müəssisə rəhbərlərinin qarşılıqlı səfərlər həyata keçirmək, əməkdaşlıq etmək, qarşılıqlı əlaqələri inkişaf etdirmək, mal və məhsulların təchizatını artırmaq istəyində öz əksini tapır”.

Pavilyonda 24 müəssisənin təmsil olunduğunu qeyd edən Natalya Romançuk deyib: “Bunlar ət, süd, qənnadı və spirtli içkilər sənayesini təmsil edir. Hər il sərgidə Belarusun kənd təsərrüfatı texnikası istehsal edən "Qomselmaş" Açıq Səhmdar Cəmiyyəti də iştirak edir. Ümid edirik ki, biz səmərəli əməkdaşlıq edəcəyik, hər il bu sərgiyə qatılacaq və Azərbaycan müəssisələrini öz pavilyonumuzda qarşılayacağıq”.

O, daha sonra bildirib: “Keçən il iki yüz kvadratmetrdən çox sahəni əhatə edən geniş ekspozisiyamız və təntənəli şəraitdə müqavilələr, sazişlərin imzalandığı bir səhnəmiz vardı. Bağlanan kontraktların miqdarı olduqca təsiredici idi. Bu isə ümidvericidir, çünki şirkət təkcə tanış olmaq, məhsulunu, onun dadını göstərmək üçün deyil, həm də sərfəli müqavilələr bağlamaq üçün gəlir. Bu il pavilyonda müqavilələrin imzalanması gözlənilmir, lakin bizim müəssisələrimiz əvvəlcədən lazımi məsələlər üzərində işləyir, tərəfdaşları ilə görüşür və artıq pərdə arxasında sənədlər imzalanır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri