Icma.az
close
up
RU
Belarus müharibənin içindədirmi?

Belarus müharibənin içindədirmi?

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus rəhbərliyinin müharibədə iştirak etmədiyi ilə bağlı açıqlamalarını inandırıcı hesab etmədiyini bildirib. O, Belarus ərazisində Rusiya dronlarının idarə olunmasına kömək etdiyi iddia edilən texniki infrastrukturun fəaliyyətinin dayandırılmasını tələb edib. Zelenski, Aleksandr Lukaşenkonun üzrxahlıq xarakterli bəyanatlarının artıq heç bir əhəmiyyət daşımadığını vurğulayıb. Kiyev hesab edir ki, Belarusun hava məkanı və hərbi infrastrukturunun Rusiya tərəfindən istifadəsi ölkəni müharibənin dolayı iştirakçısına çevirir.Belarusun Rusiya ordusuna göstərdiyi iddia olunan texniki dəstək onun müharibədəki roluna dair beynəlxalq qiymətləndirmələri dəyişə bilərmi?

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər pprtalına açıqlamasında bildirib ki, Belarusun Rusiya ordusuna göstərdiyi iddia olunan texniki dəstək onun müharibədəki beynəlxalq statusuna dair qiymətləndirmələri ciddi şəkildə dəyişə bilər.

Əgər Belarus ərazisindən dronların idarə olunması, rabitə sistemlərinin təmin edilməsi və ya hərbi-logistik dəstək kimi fəaliyyətlərin sistemli şəkildə həyata keçirildiyi sübut olunarsa, bu, Minsk rəhbərliyinin “birbaşa iştirak etmirik” arqumentini zəiflədər.

Politoloqun fikrincə siyasi baxımdan, müasir müharibələrdə iştirak yalnız qoşun göndərməklə məhdudlaşmır.

Hava məkanının açılması, hərbi infrastrukturun istifadəyə verilməsi və texniki koordinasiya da faktiki iştirakın elementləri kimi qiymətləndirilir.

Bu mənada Belarusun rolu “dolayı dəstək verən tərəf”dən “hibrid iştirakçı” statusuna keçə bilər.

Elman Telmanoğlu hesab edir ki, belə bir qiymətləndirmə Qərb ölkələrinin və beynəlxalq təşkilatların Minskə münasibətini daha da sərtləşdirə bilər. Xüsusilə yeni sanksiyalar, diplomatik təzyiqlər və təhlükəsizlik arxitekturasında Belarusun daha riskli aktor kimi qəbul edilməsi mümkündür.

“Belarusun Rusiya ilə hərbi-siyasi inteqrasiyasının dərinləşməsi onun xarici siyasətdə manevr imkanlarını da daraldır. Əgər irəli sürülən iddialar təsdiqlənərsə, Belarusun müharibədə formal olaraq neytral görünmək cəhdləri beynəlxalq səviyyədə daha az inandırıcı olacaq və ölkə de-fakto münaqişənin iştirakçılarından biri kimi qiymətləndirilə bilər. Bu isə gələcək silahlı münaqişələrin ilkin təməli ola bilər”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 İyun 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri