Belarus və Rusiya heç kimə təhdid yaratmır
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Belarus və Rusiya heç kimə təhdid yaratmır, lakin “Brestdən Vladivostoka qədər birgə vətəni” qorumağa hazırıq.
Modern.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putin ilə birgə nüvə qüvvələrinin təlimi zamanı danışıb.
“Doğrudan da, bu cür ilk birgə təlimdir. Amma məlum olur ki, bizim baş qərargahlarımız və müdafiə nazirlərimiz bu təlimləri rübdə bir dəfə keçirirlər. Sadəcə, bizsiz – prezidentlərsiz. Biz hələ qışda prezidentlərin də iştirakı perspektivini müzakirə etmişdik”, – deyə Lukaşenko Putinə müraciət edib.
Belarus prezidenti vurğulayıb ki, Minsk və Moskva heç kimə qarşı hədə-qorxu gəlmir:
“Mən sizi tam dəstəkləyirəm, biz heç kimə qətiyyən təhdid yaratmırıq. Amma bizim belə silahımız var və biz Brestdən Vladivostoka qədər birgə vətənimizi hər vasitə ilə qorumağa hazırıq. Əgər əlimizdə belə bir imkan varsa, ondan istifadə etməyi bacarmalıyıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 21 May 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















