Belarusdan uçan naməlum dron Vilnüsdə görünüb
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bu gün səhər sakinlər pilotsuz uçuş aparat barədə məlumat veriblər. O, böyük ehtimalla Belarusdan Litvaya uçub. Pilotsuz təyyarə təxminən 200 metr yüksəklikdə müşahidə edilib və sonuncu dəfə Vilnüs yaxınlığında görünüb”.
Reyting.az xəbər verir ki, bunu Litva Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin nümayəndəsi Darius Buta deyib.
O, hazırda bu obyektin yaratdığı təhlükə barədə etibarlı məlumat olmadığını bildirib.
“Biz pilotsuz təyyarənin harada olduğunu, hara düşə biləcəyini öyrənməyə çalışırıq”, - Buta əlavə edib.
Müdafiə naziri Dovilė Sakalienė bildirib ki, bu gün hava qaçaqmalçılarının öz yüklərini çatdırmaq üçün istifadə etdiyi meteoroloji balonlar üçün əlverişlidir: “Biz hələlik onun hansı obyekt olduğunu dəqiq müəyyən edə bilmirik”.
Hadisə şahidləri sosial mediada yazıblar ki, onlar səhər saat 5-ə yaxın Litvaya uçan pilotsuz təyyarəni görüblər.
V. QULİYEV
Baxış sayı:43
Bu xəbər 28 İyul 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















