Belçikada ölkə tarixinin ən böyük meşə yanğını başlayıb, əhali təxliyə olunur
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Belçikanın şərqində baş verən meşə yanğını ölkə tarixində qeydə alınan ən böyük yanğın olub.
"Reuters" xəbər verir ki, Hautes Fagnes təbiət qoruğunda baş verən yanğın 1 600 hektar ərazini əhatə edib.
Yanğının miqyasına görə 2011-ci ildə ölkədə baş vermiş və təxminən 1 400 hektar ərazini məhv etmiş meşə yanğınını geridə qoyduğu bildirilir.
Küləyin istiqamətinin dəyişməsi və tüstünün yayılması səbəbindən Lyej əyalətinin hakimiyyət orqanları iki bələdiyyənin bəzi ərazilərinin sakinlərinin təxliyəsinə qərar verib. Turistlərə də ərazini tərk etmək tövsiyə olunub.
Yanğının söndürülməsi üçün Avropa İttifaqı üç helikopter və iki təyyarə göndərib. Ərazidə yerli yanğınsöndürənlər, hərbçilər və fermerlər də fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Avqust 2026 04:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















