Icma.az
close
up
RU
Belçikanın müstəmləkəçilik siyasətinin izləri Tarixə qısa baxış

Belçikanın müstəmləkəçilik siyasətinin izləri Tarixə qısa baxış

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 noyabr, Rabil Kətanov, AZƏRTAC

Bir sıra Avropa xalqlarının tarixində elə mərhələlər olub ki, bu gün həmin dövrü nəinki yada salmaq istəmirlər, əksinə, tamamilə unutmağa çalışırlar. Bir neçə ilə bundan əvvəl Belçika hökuməti “İctimai məkanların dekolonizasiyası” üçün işçi qrupu yaratdı. Qrupun yaradılmasında məqsəd XIX əsrin sonu və XX əsrin əvvəllərində Belçikanın müstəmləkəçilik siyasətini əks etdirən abidələrin ləğv olunması idi. Lakin bu “ləğvetmə” elə həyata keçirilməli idi ki, tarix tamamilə silinməsin və ictimaiyyətin diqqətini çəkməsin. Unikal işlər görülürdü. Müstəmləkəçilik siyasətinin banisi və xüsusi qəddarlığı ilə seçilən II Leopoldun Brüsseldəki heykəlinin ətrafına xüsusi güllər əkildi ki, onlar böyüyərək abidənin qarşısını kəssin və o diqqət cəlb etməsin. Brüssel Universitetinin dosenti Mari-Sofi de Klioell yerli mətbuata verdiyi açıqlamada bildirib ki, işçi qrupuna daxil olan bəzi mütəxəssislər Afrika Muzeyini yenidən tərtib edərək, müstəmləkəçilik siyasətinin izlərini itirməyə çalışarkən konqoluların kəsilmiş əllərindən, ayaqlarından və kəllələrindən ibarət eksponatları gördükdən sonra bu dəhşətə davam gətirməyiblər və qrupun tərkibindən çıxıblar. Tarixi faktlara nəzərə yetirsək, Afrikada baş verən hadisələrin dəhşətini aydın şəkildə görər, mütəxəssislərin hansı səbəbdən işçi qrupunda işləməkdən imtina etdiklərinin səbəbini bilərik.

1865-ci ildə 30 yaşlı II Leopold hakimiyyətə yiyələnərək Belçika Kralı olur. Onun hansı əxlaqa və mənəvi keyfiyyətlərə malik olması başqa mövzudur. O, Kral olduğu ilk gündən digər Avropa kralları kimi müstəmləkəçilik siyasəti yürüdərək, Konqo və Ekvatorial Afrika ilə maraqlanmağa, bu əraziləri krallığına tabe etməyə başladı. Həmin dövrün tanınmış səyyahı Henri Morton Stenlinin iştirakı və məsləhəti ilə Kral Mərkəzi Afrikanın Sivilizasiyasının Öyrənilməsi Cəmiyyətini yaradır və Konqoda bazalar qurur. Tezliklə bu bazalara silah-sursat və hərbçilər göndərilir. Yerli dildə danışmağı bacaran H.Morton Kralın ayırdığı pul vəsaiti ilə Avropadan gətirdiyi bəzək əşyaları sayəsində tayfa başçılarını aldadaraq onlardan torpaq sahələri alır.

Afrika üzrə tədqiqatçı Natalya Piskunova qeyd edir ki, “İri torpaq sahələri Krallığa deyil, şəxsən Kral II Leopold üçün alınırdı və onun şəxsi mülkü hesab olunurdu”. Bu torpaqlarda Azad Konqo Dövləti yaradan Kral çox keçmədi ki, istismara başladı. İlk olaraq fil sümüyü, sonra kauçuk, daha sonralar isə kofe, çay, tütün plantasiyaları salındı. Əhaliyə vergi tətbiq olundu. Lakin pul vəsaiti olamdığına görə vergini ödəyə bilməyən əhali plantasiyalarda işləməyə məcbur edildi. İşləməkdən imtina edənlərin isə əlləri, ayaqları kəsilirdi. Zabitə əl qaldıranların və üsyana qalxanların başları hamının gözü qarşısında kəsilərək, plantasiyanın kənarındakı ağacdan asılır, qurudulur, sonra isə Afrika Muzeyinə göndərilirdi. Yerli əhali gördüyü zülmə dözməyərək, üsyana qalxırdı. Bu üsyanların qarşısını almaq məqsədilə 1888-ci ildə “kolonial ordu” və “ictimai qüvvələr” yaradıldı. Bu ordunun sıralarına cəlb edilən cinayətkarlara geniş səlahiyyətlər verilmişdi. Onlar heç bir günahı və qaydanı pozmayan konqolunu da öldürə bilərdilər və buna görə heç bir məsuliyyət daşımırdılar.

Rusiya Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Afrikanın Tədqiqi Mərkəzinin direktoru Andrey Maslov yazır ki, “yerli əhali hər addımbaşı öldürülürdü. Bu minvalla 1885-ci ildə 30 milyon əhalisi olan Konqoda 1908-ci ildə 11,5 milyon əhali qalmışdı ki, bu da müasir dövrdə soyqırımı deməkdir”. İşgəncələr isə adi hal almışdı. Belçikalı fotoqraf Elis Sili Haris 1904-cü ildə Konqoya gedərək günümüzə qədər gəlib çatmış fotolar çəkmişdi. Fotolarda əlləri kəsilmiş və döyülən konqolular əks olunub. “Kolonial ordu”nun zabitləri ailələri girov götürərək ailə başçısını qısa müddət ərzində planı yerinə yetirməyə məcbur edirdilər. Ailə başçısı fasiləsiz olaraq səhərdən axşama kimi plantasiyada işləyib planı yerinə yetirmək məcburiyyətində qalırdı. Məhz bundan sonra ailə üzvləri azad edilirdi. Əksər vaxtlarda qarşıya qoyulan ağır işi müəyyən olunan vaxt ərzində yerinə yetirmək fiziki olaraq mümkün olmurdu və girovluqda olanlar zorlanaraq qəddarlıqla qətlə yetirilirdi.

Kinşasa Universitetinin professoru, tarixçi alim Mutamba Makombo Kitaçima yazır ki, bu gün də Konqo ərazisində kütləvi şəkildə dəfn olunmuş adamların qəbirləri aşkarlanır. Bu qəbirlərdə süngü ilə qətlə yetirilmiş 5 və 7 yaşlı uşaqların skeletlər də var. Vəhşilik o həddə çatmışdı ki, Konqoya gələn avropalı tacirlər gördüklərindən dəhşətə gəlirdilər. R.N. Filipps adlı tacir əsgərlərin hərəkətlərinə dözməyərək, Kral II Leopolda məktub yazmış, əsgərlərin törətdikləri qanunsuzluqlardan və vəhşilikdən şikayət etmişdi. Lakin tacirin məktubu cavabsız qalmış, vəhşiliyə son qoyulmamışdı.

Tanınmış yazıçı Mark Tven Kral II Leopolda pamflet yazaraq, onu 15 milyon konqolunu qətlə yetirməkdə ittiham etmiş, qaniçən, xəsis, pulgir adlandırmışdı. Jurnalist Elvis Morel yazırdı ki, hər yerdə qulaqsız insanlar görünürdü. Sonradan məlum oldu ki, bu insanlar hansısa qaydanı pozduqlarına görə cəzalandırılıb və qulaqları kəsilib. Konqodakı Mpozo vadisi böyük qəbiristanlığı xatırladır, burada insanlar dəfn edilməyib, sadəcə olaraq, plantasiyada ac və susuz işləməkdən ölənlərin cəsədləri oraya atılıb. Bütün bu qəddarlıq Avropanın digər dövlətlərinin narazılığına səbəb oldu. Böyük Britaniya, Almaniya, Fransa, Rusiya Belçikaya etiraz etdilər, törədilən vəhşiliklər barədə Avropa mətbuatı geniş məqalələr və reportajlar yazmağa başladı. Nəhayət 1960-cı ildə Konqo xalqı müstəqilliyini elan etdi və Konqo Demokratik Respublikası yarandı.

Bu gün Konqonun zəif iqtisadiyyata malik olmasının, yoxsulluq içində yaşamasının səbəbi onun uzun müddət istismara məruz qalmasıdır. Ölkənin təbii sərvətləri Belçika Krallığına daşınaraq tamamilə tükənib. Buna baxmayaraq, Konqo xalqı müstəqil yaşayaraq inkişaf etməyə çalışır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see238

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see232

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see226

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see217

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see201

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see196

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see170

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see162

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see149

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see142

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see139

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see138

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see137

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see136

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see135

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see132

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see131

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see130

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri