“Belə demişdi Vaqif Səmədoğlu…” kitabı çap olundu
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xalq şairi Vaqif Səmədoğlunun 125 aforizmi və çəkdiyi 78 fotonun toplandığı “Belə demişdi Vaqif Səmədoğlu…” kitabı çap edilib.
Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin nəşri kimi “Mütərcim” nəşriyyatında işıq üzü görən, maraqlı tərtibatla hazırlanmış kitabda şairin aforzimləri üç dildə - Azərbaycan, ingilis (tərcümə: İan Peart) və rus (tərcümə: Nicat Məmmədov) dillərində təqdim olunub.
Kitabın tərtibçisi Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri, şairin həyat yoldaşı, yazıçı-publisist Nüşabə Babayeva-Vəkilova, dizayneri Cavid Kişiyev, nəşriyyat direktoru prof. Telman Vəlixanlı, fotolar üzrə məsləhətçi Rauf Umudov, korrektoru Məlahət Qənbərovadır.
Kitabın redaktoru və naşiri Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğludur.
Samir Bağırov: "Xərçəng olmağım..." “Psix” yenidən Musiqili Teatrın səhnəsində Bir köynəkdə çıxarmışam mən qışı... - Anasının qatarda dilənçi bilib çörək verdiyi şair
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 28 Yanvar 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















