Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

Azərbaycan nəsrinin yetirdiyi Yusif Səmədoğlu

Azərbaycan nəsrinin yetirdiyi Yusif Səmədoğlu

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət başçısının Sərəncamı ilə Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

İnsanın daxili aləmini, onun estetik zövqünü formalaşdıran, mənəvi zövq verən sənət əsrlərdir ki, inkişaf yolu keçərək təkmilləşmiş, sivil səviyyəyə yüksəlmişdir. Sənət meyarları baxımından dolğunluğunu, bədiiliyini təsdiqləyən sənətin istənilən növü yaradıcı insanların təxəyyülünün məhsulu olmaqla yanaşı, həyatın gerçəkliyinin müxtəlif formada təzahürü tək meydana çıxır. Bütün varlıqlar yaşam tərzindən asılı olmayaraq kiçik yaşlarından ən azı sənətin hansısa növünü müşahidə edir, onun təmiz hafizəsində yaşına, qavrayışına uyğun olaraq fikirlər formalaşır. Hər birimiz bu yolu keçmişik, kiçik yaşında hafizəmizdə salınan izlər tələbat baxımından sonralar daha gözəl, rəngarəng, estetik tələbatımıza uyğun olan sənət nümunələrini tələb edib. Hər nəslin – gənc, orta və yaşlı nəslin nümayəndəsi olan Azərbaycan sənətsevərlərinin yaddaşında klassik sənətin gözəl, əsrarəngiz nümunələri izini salmışdır. Ən nadir inciləri əxz etmək istəyi yaranmışdı sənətsevərlərdə. Etiraf edək ki, Azərbaycanda sənət mükəmməlliyi ilə hər zaman diqqətdə olub və bu gün də dünya ictimaiyyəti bu irsimizə valehedici şəkildə tamaşa edir. Tarix boyu formalaşan milli sənətimiz müasir dövrümüzdə də fərdi xəttlə inkişaf dövrünü yaşayır. Bu gün dünya ölkələrinə Azərbaycan mədəniyyət günlərinin təşkili, beynəlxalq festivallarda, müsabiqələrdə Azərbaycanın uğurları, öncül yerlərdən birinə sahib çıxması və s. nailiyyətlərimiz bizi müşayiət edən qalibiyyətimizdir.

Azərbaycanın milli mədəniyyət və incəsənətindən söz açdıqda nə qədər sayda sadalanılası məqamlar göz önündən keçir. Azərbaycanın böyük sənət beşiyi olduğunu təsdiqləyir və qəbul edilir. Bu gün mükəmməl əsərlərimizə və onların yaradıcılarına dövlətimiz tərəfindən böyük diqqət və qayğı vardır. Azərbaycan Prezidenti İlham Əliyevin "Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında" Sərəncamı bunun aydın təzahürüdür.

2025-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi tamam olur.

Sərəncama əsasən, milli bədii fikir xəzinəsinin zənginləşməsi işinə layiqli töhfələr vermiş Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, onun 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcəkdir.

Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60–70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur "Qətl günü" romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir.

Onun tərcümeyi-halına nəzər salarkən görürük ki, Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957–1958). 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.

"Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960–1965), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965–1969)[1], baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969–1976), "Ulduz jurnalının baş redaktoru (1976–1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).

"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur. Yazıçı 1959-cu ildə "Yaddan çıxmış sözlər" novellasında, "Xəzri" hekayəsində cəsarətlə Vətənimiz üçün faciə olan mühüm tarixi hadisəni qələmə alaraq, "Türkmənçay - 1828-ci il" müqaviləsini yada salmış, oxucularını bu hadisəni unutmamağa, bu barədə düşünməyə çağırmış, torpaqlarımızın iki yerə parçalanması dərdi-acısı ilə Təbriz harayı qaldırmışdır.

80-ci illərin axırları, 90-cı illərin əvvəllərində Y.Səmədoğlu xalq hərəkatının öncüllərindən birinə çevrilmişdi. 1990-cı ildə müstəqil Azərbaycanın ilk parlament üzvü olmuş, parlamentin Xarici Əlaqələr Komissiyasının rəhbəri kimi Azərbaycanın haqq sözünün dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüşdür. Ulu öndərimiz Heydər Əliyev Y.Səmədoğlunun 60 illik yubiley mərasimində çıxış edərək onun Azərbaycan dövləti və mədəniyyəti qarşısında olan xidmətlərini yüksək qiymətləndirmişdir: "Yusif cəmiyyətimizə təkcə yazıçı kimi, mədəniyyət xadimi kimi yox, eyni zamanda görkəmli ictimai-siyasi xadim kimi daxil olubdur. Azərbaycanın həyatı üçün və xüsusən son illərdə Azərbaycanda milli azadlıq hərəkatının inkişafı üçün, xalqımızda milli dirçəliş, milli oyanış hisslərinin yaranması və inkişafı üçün, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə üçün onun fəaliyyəti çox əhəmiyyətli, çox gərəkli olmuşdur".Milli vətənpərvərlik ruhunda olan yazıçı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən qırğınlarla bağlı Azadlıq radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırmışdır.

Onu da qeyd edək ki, o, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) olmuşdur. 1998-ci il avqustun 16-da vəfat etmişdir.

Xalq yazıçısı Yusif Səmədoğlu XX əsr Azərbaycan ziyalılığının ən ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu nəsli təmsil edən bir insan olmuşdur. O, həyatı boyu, həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durmuş, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşamışdır. Y.Səmədoğlu XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutaraq, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə seçilmişdir. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Yusif Səmədoğlu haqqında dediyi kimi, "Vaxtsız ölüm onu bizdən ayırsa da, bir həqiqət əbədi yaşayır ki, öz sözünü, möhürünü zamana vura bilən hər kəs yaşayır və öz xalqına həmişə başucalığı gətirir".

Zümrüd BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see339

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see281

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see246

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see242

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see236

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see235

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see226

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see226

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see217

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see217

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see205

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see205

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see204

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see202

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see200

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see196

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see188

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri