“Xatirələrdəki Yusif Səmədoğlu” kitabı işıq üzü görüb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Respublikası Prezidentinin “Yusif Səmədoğlunun 90 illik yubileyinin qeyd olunması haqqında” 2025-ci il 4 sentyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Xatirələrdəki Yusif Səmədoğlu” kitabı nəşr olunub.
525.az xəbər verir ki, nəşrdə Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Afaq Məsud, Xalq şairləri Vaqif Səmədoğlu, Fikrət Qoca, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Xalq artistləri Həsənağa Turabov, Həsən Məmmədov, tanınmış qələm sahibləri Vaqif Bayatlı Odər, Abbas Abdulla, Seyran Səxavət, Vaqif Yusifli, Arif Əmrahoğlu, Ayaz Vəfalı, Məti Osmanoğlu, Natəvan Dəmirçioğlu, Aygün Bağırlı, Gülbəniz Əzimzadə, Yeganə Dilbazi və Pərvinin görkəmli yazıçının həyat və yaradıcılığı haqqında memuarları, habelə qüdrətli söz ustadının ailə üzvlərinin xatirələri toplanıb.
“Azərnəşr”də işıq üzü görən kitabın tərtibçisi və redaktoru Fərid Hüseyndir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 24 Noyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















