Icma.az
close
up
RU
“Belə qızlar nə ailədə xoşbəxt olur, nə də cəmiyyətdə yer tapa bilir” Sevin Həbibova

“Belə qızlar nə ailədə xoşbəxt olur, nə də cəmiyyətdə yer tapa bilir” Sevin Həbibova

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Erkən nikahlar hələ də cəmiyyətin həssas problemlərindən biri olaraq qalır. Bu hal uşaqlıq dövrünü yarımçıq qoyur, gənc qızların təhsildən uzaqlaşmasına, sosial həyatdan təcrid olunmasına və bir sıra psixoloji travmalara səbəb olur. Erkən yaşda ailə həyatı quran qızlar çox vaxt ana olmağa, ailə məsuliyyətini daşımağa hazır olmurlar.

Mütəxəssislərin fikrincə, bu problemin əsas səbəbləri ailədaxili təzyiq, iqtisadi çətinliklər, patriarxal düşüncə tərzi və maarifləndirmə çatışmazlığıdır.

Gununsesi.info-ya danışan psixoloq Sevin Həbibova bildirib ki, erkən nikahlar uşağın psixoloji inkişafını ləngidir və onun gələcəkdə sağlam ailə münasibətləri qurmaq bacarığını zəiflədir:

“Erkən nikah insanın şəxsiyyət kimi formalaşmasına mane olur. Uşaq yaşda evlənən qızlar ailə içində tez-tez psixoloji gərginlik yaşayır, özünüifadə imkanlarını itirirlər. Bu, həm onların öz gələcəyinə, həm də gələcək nəsillərin psixoloji durumuna mənfi təsir göstərir. Belə qızlar çox vaxt daxil olduqları ailədə də tam xoşbəxt ola bilmir və özlərini cəmiyyətə layiqincə təqdim etməkdə çətinlik çəkirlər”.

Psixoloqun sözlərinə görə, erkən nikahların qarşısını almağın əsas yolu təhsilin təşviqi və ailələr arasında davamlı maarifləndirmə işlərinin aparılmasıdır.

“Məktəblərdə və ictimai mediada bu mövzuda açıq müzakirələr aparılmalı, uşaqlara və valideynlərə psixoloji dəstək mexanizmləri yaradılmalıdır. Cəmiyyət yalnız yetkin, şüurlu və azad seçim əsasında qurulan ailələri dəstəkləməlidir. Yalnız bu yolla uşaqlığın qorunması və sağlam gələcəyin təmin olunması mümkündür”-deyə psixoloq fikirlərini yekunlaşdırıb.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri