Icma.az
close
up
RU
“Uşaqlar özlərini tənha hiss etdikdə məktəbə getməkdən çəkinirlər” SEVİNC HƏBİBOVA

“Uşaqlar özlərini tənha hiss etdikdə məktəbə getməkdən çəkinirlər” SEVİNC HƏBİBOVA

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Uşaqlarda məktəb qorxusu çox yayılmış psixoloji problemdir və onların təhsil prosesinə mənfi təsir göstərə bilər. Bu qorxu adətən yeni mühitə alışmaq, müəllim və sinif yoldaşları ilə münasibətlərdən yaranır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova bildirib.

Psixoloqun fikrincə uşaqlar özlərini yad və tənha hiss etdikdə məktəbə getməkdən çəkinirlər:

“Valideynlər və müəllimlər uşağın qorxusunu anlayıb ona dəstək olmalıdır. Uşaqlarla açıq və səmimi danışmaq, onların narahatlıqlarını dinləmək vacibdir. Məktəb mühitini uşaqlar üçün daha maraqlı və təhlükəsiz etmək məqsədilə oyun və sosial fəaliyyətlər təşkil edilə bilər. Stressi azaltmaq üçün uşaqlara nəfəs məşqləri və rahatlama texnikaları öyrədilə bilər.

Uşaqların müvəffəqiyyətlərini kiçik mükafatlarla dəyərləndirmək onların özünəinamını artırır. Peşəkar psixoloqla məsləhətləşmək də məktəb qorxusunun aradan qaldırılmasında kömək edir. Əsas məqsəd uşaqlarda məktəbə qarşı müsbət münasibət formalaşdırmaqdır. Bundan əlavə, məktəb qorxusu valideynlərin davranışlarından və ailə mühitindən də təsirlənə bilər”.

Sevinc Həbibova vurğulayıb ki, uşaqlara sabit və qaydalı gündəlik rejim yaratmaq onların təhlükəsizlik hissini gücləndirir:

“Məktəbdə sosiallaşma və dostluq münasibətlərinin inkişafı qorxunun azalmasına kömək edir. Valideynlər və müəllimlər uşaqların uğurlarını müsbət qiymətləndirərək motivasiyanı artırmalıdırlar. Uşaqların duyğularını qəbul edib onlara vaxtında emosional dəstək göstərmək məktəb qorxusunun aradan qaldırılmasında çox önəmlidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Avqust 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri