Icma.az
close
up
RU
“Pozitiv psixologiya uşaqlara özlərini dəyərləndirməyi öyrədir” Sevinc Həbibova

“Pozitiv psixologiya uşaqlara özlərini dəyərləndirməyi öyrədir” Sevinc Həbibova

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Uşaqlar və yeniyetmələr arasında özünəinamın formalaşması, emosional balansın qorunması və motivasiyanın yüksəldilməsi məsələsi daha çox diqqət çəkir.

Təhsil sistemi, ailə və sosial mühit uşaqların psixoloji inkişafında həlledici rol oynayır.

Pozitiv psixologiya prinsipləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır, çünki uşaqlara həm daxili gücünü tanımaq, həm də uğur və motivasiyaya doğru addımlamaq imkanı verir.

Gununsesi.infoya danışan psixoloq Sevinc Həbibova vurğulayıb ki, pozitiv psixologiya uşaqlara və yeniyetmələrə özlərini dəyərləndirməyi öyrədir:

“Bu yanaşma onların özünəinamını gücləndirir və həyat qarşısında daha möhkəm durmalarına kömək edir. Uşaqlar kiçik uğurları da qiymətləndirməyi öyrəndikdə, daxili motivasiyaları artır və yeni bacarıqlar əldə etməyə təşviq olunur. Özünəinamı yüksək olan uşaqlar problemləri daha asan həll edir və sosial münasibətlərdə də uğurlu olurlar.

Ailə və məktəb mühiti burada böyük rol oynayır. Valideynlərin dəstəyi, uğurları tərifləməsi və uğursuzluqlarda onları təhqir etməməsi uşağın özünəinamını formalaşdırır. Məktəbdə isə müəllimlərin konstruktiv yanaşması və uşaqların bacarıqlarını görməsi vacibdir. Uşaqlar yalnız tənqid olunaraq deyil, uğurları qiymətləndirilərək inkişaf edir”.

Sevinc Həbibova qeyd edib ki, pozitiv psixologiya həmçinin emosional bacarıqları da gücləndirir:

“Uşaqlar öz emosiyalarını tanıdıqda, onları düzgün idarə etməyi öyrənir və streslə daha yaxşı mübarizə aparır. Bu da öz növbəsində sosial münasibətlərdə və akademik uğurlarda özünü göstərir. Özünəinamın inkişafı həm də uşaqların qərarvermə bacarığını artırır, onlar daha məsuliyyətli və müstəqil olurlar.

Bu yanaşma uşaqlara yalnız uğur qazanmağı deyil, eyni zamanda səhvlərdən dərs çıxarmağı da öyrədir. Uşaqların daxili gücü artır və onlar öz potensialını reallaşdırmaq üçün cəsarət qazanır. Pozitiv psixologiya metodları həm fərdi, həm də qrup fəaliyyətlərində tətbiq oluna bilər. Əsas məqsəd uşaqların özlərini dəyərli hiss etməsi və həyat qarşısında inamla irəliləməsidir.

Özünəinam uşaqlar üçün qoruyucu bir qaladır. Bu qalaya sahib olan uşaq həyatda daha az qorxur, daha çox cəhd edir və gələcəyə daha ümidlə baxır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Avqust 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri