Icma.az
close
up
RU
“Belə təhsil sistemində səhvləri nazirlik edir, cəzanı isə müəllimlər alır...” EKSPERT

“Belə təhsil sistemində səhvləri nazirlik edir, cəzanı isə müəllimlər alır...” EKSPERT

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“2026-cı ildə  təhsil elmi-pedaqoji əsaslarla yenidən qurulacaq, yoxsa,  tərsinə qurulmuş sistemdə  kosmetik dəyişikliklər  hələ də davam edəcəkdir?..”  

“Minlərlə müəllimin sertifikasıya səbəbi ilə  işini itirməsi, müəllim peşəsinin  nüfuzunun aşağılanması,  ETN-nin  “zəif müəllimə  niyə maaş verək?”, “ingilis dilini öyrədə bilməyən təhsil müəssisəsi məhkəməyə verilsin” kimi  təkliflər  təhsili xilas etmir.  Əksinə...”

“Əgər söhbət “təhsildə rasionallaşma”dan gedirsə, onda sual yaranır: niyə son illər  təhsilin büdcəsi 5 qat artsa da,  onun keyfiyyəti  ilbəil enir?..”   

“Təhsili mühasibat məntiqi ilə idarə etməklə, insan kapitalı yaratmaq  mümkün deyil...”  

“Təhsili müəllimdən başlayaraq yox,  onu yetişdirən təhsil sisteminin özünü   dəyişdirərək xilas etmək mümkündür...”

Moderator.az aktuallığını nəzərə alaraq təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun Azərbaycan təhsil sisteminin bitməz-tükənməz problemləri barədə “Təhsil böhranının səbəbi” adlı növbəti analitik yazısını dəyərli oxucuların müzakirəsinə buraxır: 

Tərsinə qurulmuş  təhsil  yenə də elmi-pedaqoji yox, “mühasibat” təfəkkürü ilə  idarə olunacağıqmı?..

Azərbaycan təhsilinin əsas problemi   kurikulum,  dərslik, müəllim maaşı deyil. Problemin kökündə təhsilə baxış,  onun  hansı təfəkkürlə idarə edilməsi dayanır.   Nazirin “yaxşı dərs keçməyən müəllimə niyə maaş verməliyik” kimi  tezisi  sual yaradır: təhsil niyə elmi-pedaqoji  düşüncə ilə yox, “mühasibat məntiqi” ilə idarə edilir?  Yəni,  təhsilə  niyə  canlı, intellektual, sosial sistem kimi yox,  xərc maddəsi, rasionallaşma və  optimallaşdırma  obyekti, hesabat cədvəli kimi  baxılır?  Bu sualın cavabı müəllimdən, şagirddən, valideyndən asılı deyil. Sualın cavabı təhsil siyasətində, təhsil fəlsəfəsindədir... 

İki tezis, iki məntiq, iki fərqli  baxış... 

Normal elmi-pedaqoji məntiq deyir ki: “Müəllimin keyfiyyəti onu yetişdirən təhsil sisteminin keyfiyyətindən yüksək ola bilməz.”   Bu tezis səbəb–nəticə baxımından təbiidir.  Müəllimi təhsil sistemi hazırlayır, təhsil sistemini  isə təhsil siyasəti, təhsil elmləri və təhsilin  idarəedilməsi formalaşdırır.  

Elm və Təhsil Nazirliyinin bu məsələyə  yanaşması isə  belədir: 

“Təhsilin keyfiyyəti onun müəllimlərinin keyfiyyətindən yüksək ola bilməz...”   

Bu tezis zahirən düzgün səslənsə də, konseptual olaraq yanlışdır, çünki bu halda  səbəb  nəticə ilə əvəz edilir, məsuliyyət  sistemdən alınıb, icraçının üzərinə qoyulur... Bu məntiqi  səhv  təhsildəki  bütün  böhranların   əsas səbəbidir.  Ona görə də bir çox pedaqoqlar deyirlər: pis məktəb, pis müəllim, pis şagird yoxdur, pis təhsil sistemi var. Təhsil sistemini quranlar və idarəedənlər isə  özlərindən başqa hamını günahkar hesab etməyə meyillidirlrə, baxmayaraq ki, sözdə  “səhvlərdən nəticə çıxarmaq uğurun əsasıdır”  kimi fikirlər bildirirlər... 

Müəllim səbəb deyil, nəticədir...

Müəllim 11 il məktəbdə, 4 il universitetdə, sonra sertifikasiya, attestasiyalar, formal treninqlər –bir sözlə, fasiləsiz pedaqoji təhsil  sistemində  formalaşır (bunun təşkili və keyfiyyətinə hələ  toxunmuruq), o, mövcud  təhsil sisteminin məhsuludur.  Əgər ali pedaqoji təhsil sistemi zəifdirsə,  müəllim hazırlığı formal xarakter daşıyırsa, tədris-metodiki təminat,  kurikulumlar keyfiyyətsiz, bürokratikdirsə, onda zəif müəllimin yetişməsi təbiidir.  Müəllimi “keyfiyyətsiz” adlandırmaq, əslində, təhsil sisteminin  öz fəaliyyətinə verdiyi  diaqnozdur.

“Tərsinə qurulmuş təhsil sistemi” nə deməkdir?..

Normal  qurulmuş  təhsil  sistemində  proseslərə yanaşma ardıcıllığı belədir: təhsil fəlsəfəsi, təhsil siyasəti, kurikulum və  proqramların tərtibi,  müəllim hazırlığı, məktəb praktikası, təhsilin keyfiyyəti (nəticəsi).  Bizim təhsil  sistemində isə ardıcıllıq tərsinə cərəyan edir: nəticə günahlandırılır, səbəb isə toxunulmaz elan edilir.  Bax bu, tərsinə qurulmuş təhsil sistemdir.  Belə təhsil sistemində  səhvləri nazirlik edir,  cəzanı isə müəllimlər alır (8000 müəllim işdən azad edilir)...

ETN-in əsas problemi: səbəb–nəticə əlaqəsini “görməmək”…

ETN çox vaxt  öz strateji səhvlərini görmür, amma müəllimin “səhvini” mikroskopla  axtarır. Digər tərəfdən, ETN illərlə keyfiyyətsiz təhsil sistemi qurur, sonra da həmin sistemin məhsulunu cəzalandırır.   Bu yanaşma nə elmi, nə pedaqoji, nə də etik baxımdan düz deyil. Nəticədə,  təhsil sistemini  quran menecerlər məsuliyyətdən yayınır,  daha az  günahı olanlar - müəllimlər hədəfə çevrilir...

Təhsildə rasionallaşdırma:  ayrılan maliyyə niyə nəticə vermir?..

Əgər söhbət “təhsildə rasionallaşma”dan gedirsə, onda sual yaranır: niyə son illər  təhsilin büdcəsi 5 qat artsa da,  onun keyfiyyəti  ilbəil enir?   Bu sualın cavabı  müəllimlərin  maaşından, sertifikasiyadan, ixtisarlardan daha mühümdür.  Əgər maliyyə  artır, amma nəticə pisləşirsə,  onda, deməli, problem müəllimdə deyil, problem təhsilin idarəetmə fəlsəfəsindədir.  Maliyyə rasionallaşır, amma təhsilin özü  rasionallaşmır...

“Mühasibat təfəkkürü” ilə təhsil idarə etmək mümkündürmü?..

Təhsil idarəsində “mühasibat təfəkkürü”  üçün  əsas göstərici qənaətdir, məqsəd  xərcləri optimallaşdırmaqdır,  ölçü xərclərin azalmasıdır.  Amma təhsil investisiya,  uzunmüddətli (strateji)  düşüncə tələb edir,  nəticənin görünməsinə isə xeyli vaxt lazım olr.  Təhsili mühasibat məntiqi ilə idarə etməklə, insan kapitalı yaratmaq  mümkün deyil...  Bəlkə, 20 ildə “neft kapitalının insan kapitalına”  çevrilə bilməməsi  səbəbi elə budur?.. 

Müəllimi cəzalandırmaq çıxış yoludurmu?..

Minlərlə müəllimin sertifikasıya səbəbi ilə  işini itirməsi, müəllim peşəsinin  nüfuzunun aşağılanması,  ETN-nin  “zəif müəllimə  niyə maaş verək?”, “ingilis dilini öyrədə bilməyən təhsil müəssisəsi məhkəməyə verilsin” kimi  təkliflər  təhsili xilas etmir.  Əksinə, müəllim motivasiyasını məhv edir, gəncləri bu peşədən uzaqlaşdırır, sistemi daha da zəiflədir. Bu problemin həlli  deyil, böhranın dərinləşməsidir...

2026-cı ildə  təhsil elmi-pedaqoji əsaslarla yenidən qurulacaq, yoxsa,  tərsinə qurulmuş sistemdə  kosmetik dəyişikliklər  hələ də davam edəcəkdir?  Əgər  ETN öz strateji səhvlərini etiraf etməzsə, səbəblərə toxunmazsa, müəllimi yenə günahlandırarsa, onda nəticə də dəyişməyəcək.   Ümid edirik ki,  təhsilin  idarəedilməsi nəhayət  ki, elmi- pedaqoji təfəkkürə  əsaslanacaq, elmi əsaslar üzərində bərpa olunacaqdır. Güman edirik ki, “tərsinə qurulmuş təhsil” köklü şəkildə yenidən qurulacaq.  Amma bunu sözlə, hesabatla,  cəza ilə yox,konseptual dəyişikliklərlə  etmək mümkündür... 

Təhsili müəllimdən başlayaraq yox,  onu yetişdirən təhsil sisteminin özünü   dəyişdirərək xilas etmək mümkündür...

İlham Əhmədov, dosent.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri