Icma.az
close
up
RU
Ali təhsil sistemində ən vacib addım beynəlxalq əməkdaşlığın qurulmasıdır ekspert

Ali təhsil sistemində ən vacib addım beynəlxalq əməkdaşlığın qurulmasıdır ekspert

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycanda ali təhsilin keyfiyyətinin artırılması ilə bağlı ən mühüm addım Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətidir. Onun hazırladığı planlar ali təhsil müəssisələrində keyfiyyətin artırılması məsələlərini hədəfləyib.

Bunu təhsil eksperti Qoşqar Məhərrəmov AZƏRTAC-a müsahibəsində söyləyib. Ekspertin sözlərinə görə, agentlik beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycanın ali təhsil müəssisələri üçün müəyyən standartlar tərtib edib: “Nəticədə universitetlərin qarşısına daxili keyfiyyətin təmin olunması ilə bağlı müəyyən tələblər qoyuldu. Bundan əlavə, müəyyən təlimlər həyata keçiridi, universitetlərdə Keyfiyyət Təminatı mərkəzləri fəaliyyətə başladı. Universitetlərin akkreditasiyası ərəfəsində isə qurum mövcud standartlara uyğun olaraq ali təhsil müəssisələrində müvafiq fəaliyyətini həyaya keçirdi”.

Ekspertin sözlərinə görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, həmçinin akkreditasiya prosesini həyata keçirəcək mütəxəssislərin yetişməsində mühüm rol oynayır: “Təlim və imtahanların təşkili və mövcud standartlarla tanışlıq peşəkar mütəxəssislərin yetişməsində vacib rol oynayıb. Nəticədə isə Agentlik akkreditasiya və təhsildə keyfiyyət məsələlərini öhdəliyinə götürərək, onların icrasına nəzarət etdi”.

Q.Məhərrəmovun fikrincə, ali təhsildə keyfiyyətin artırılmasında səriştəli rəhbərlərin də rolu vacibdir: “Ali təhsil müəssisələrində tədqiqatın artırılması və təşviqi üçün beynəlxalq reytinqli jurnallarda məqalələri və elmi tədqiqatları çap olunan insanlara əlavə ödənişlər edilməsi qərara alındı. Bu addım universitetlərdə tədqiqat potensialını artırmış oldu. Elm Fondu və beynəlxalq səviyyədə təşkil edilən qrantlar keyfiyyətin artırılması istiqamətində vacib səylər idi. Bu prosesdə universitetlərdən aktiv iştirak edənlər də oldu, zəif fəaliyyət göstərənlər də”.

Ekspert onu da qeyd edib ki, ali təhsil sistemində ən vacib addım beynəlxalq əməkdaşlığın qurulmasıdır: “Universitetlərin bir çoxu dünya miqyasında tanınan, özünü təsdiq edən ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək, ikili diplom proqramları hazırlayıb. Məsələn, Koreya, Türkiyə, Böyük Britaniya, ABŞ və digər ölkələrdəki universitetlərlə müəyyən əməkdaşlıq əlaqələri qurulub. Əməkdaşlıq çərçivəsində tələbələrin mübadiləsi, həm də elm adamları və professor-müəllim heyətinin mübadiləsi nəzərdə tutulub. Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin xarici universitetlərlə əməkdaşlığı təhsil sisteminə mühüm töhfələr verib”.

Q.Məhərrəmov sonda təhsilin keyfiyyəti məqsədilə atılan addımların davam etdirilməsindən söz açıb: “Bu addımlar davam etdirələrək, universitetlərdə daha keyfiyyətli kadrların sayı artırılmalı, tədqiqata, tədrisə göstərilən qayğı daha da artırılmalı və infrastruktur buna uyğun yenilənməlidir. Universitetlərin internet şəbəkələşdirilməsi, biznes və sənaye əlaqələrinin, labaratoriyaların, infrastrukturun gücləndirilməsi prosesləri davam etməkdədir. Aparılan bu addımlar təhsildə keyfiyyətin daha da yaxşılaşmasına gətirib çıxaracaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri