Bələdiyyə sədri, müavini və üzvləri haqda həbs qərarı verildi
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yanvarın 10-da Türkiyədə saxlanılan bələdiyyə sədri, müavini və üzvləri haqqında məhkəmə qərar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mersin prokurorluğu tərəfindən barələrində üç maddə ilə - "terror təşkilatının təbliğatını aparmaq", "silahlı terror təşkilatına üzv olmaq", “Terrorçuluğun maliyyələşdirilməsi" ittihamları ilə saxlanılan Akdeniz Bələdiyyəsinin sədri Hoşyar Sarıyıldız, Bələdiyyə sədrinin müavini Nuriye Arslan, məclis üzvləri Özgür Çağlar, Neslihan Oruç, Yakup Danış və Hikmət Bakırhan dünən axşam məhkəməyə çıxarılıblar: "Məhkəmə Yakub Danış istisna olmaqla, qalanları barəsində həbs qətimkan tədbiri seçib. Yakub Danış isə səhhəti əsas gətirilərək ev dustaqlığına buraxılıb"
Xəbərdə deyilir ki, tutulanlar PK-ya yardım ediblər.
Onu da qeyd edək ki, həbs olunanlar arasında olan Özgür Çağlar, Neslihan Oruç, Yakup Danış və Hikmət Bakırhan DEM Partiyanın üzvləridir.
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 Yanvar 2025 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















