Icma.az
close
up
RU
Bələdiyyələr ləğv olunmalıdır, heç kimə faydası yoxdur... Partiya sədrindən AÇIQLAMA

Bələdiyyələr ləğv olunmalıdır, heç kimə faydası yoxdur... Partiya sədrindən AÇIQLAMA

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bununla əlaqədar bu gün ölkədə “sükut günü”dür. Qeyd edək ki, sabah seçki məntəqələri səhər saat 8:00-da açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Seçkilərdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparacaq. Digər tərəfdən, vətəndaşların seçkilərə marağının az olduğu istiqamətində fikirlər var.

Səbəblər nələrdir?

Bununla bağlı Sfera.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, bələdiyələrin cəmiyyətimizdə, ölkənin siyasi həyatında, idarəetməsində rolu minimaldır və buna görə bu sahəyə maraq yoxdur: 

“İctimai əsaslarla dövlət qurumlarında işləmək və yaxud özünüidarə orqanlarında təmsil olunmaq heç kimin marağında deyil. Hər kəsin vaxtı o qədər çox deyil ki, həm ailəsini dolandırmaq üçün işləsin, sonra da bələdiyyədə pulsuz üzvlük etsin, bu sahədə məsuliyyət daşısın. Bu baxımdan fikrimcə, bələdiyyələrin işi təkmilləşmədikcə, təsir imkanları artmadıqca, cəmiyyətimizin nə bələdiyyələrə, nə də seçkilərinə diqqəti artacaq”.

Partiya rəhbəri qeyd etdi ki, bələdiyyələrin işini optimallaşdırmaq olar:

“Məsələn, icra hakimiyyəti və bələdiyyələrin eyni zamanda fəaliyyət göstərməsi, bələdiyyələrin təsir mexanizmlərini sıfıra endirib. Ya icra hakimiyyətlərinin səlahiyyətləri bələdiyyələrə verilməlidir, ya da bələdiyyələr bir dəfəlik ləğv olunmalıdır ki, cəmiyyət belə bir anlayışın olmadığını bilsin. Onsuz da hamı bələdiyyələrə icra hakimiyyətlərinin bir şöbəsi, yan qurumu kimi baxır. Yəni bələdiyyələrin hazırkı fəaliyyəti faydalı deyil. Ya bunun haqqında konkret qərarlar qəbul olunmalı, bələdiyyələrin səlahiyyəti artırılmalıdır, Türkiyə modeli kimi, ya da dediyim kimi bu struktur ləğv olunmalıdır”.

Türkan 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 Yanvar 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri