Icma.az
close
up
RU
Bələdiyyələrin vergiləri nağd şəkildə qəbul etməsi qadağandır AÇIQLAMA

Bələdiyyələrin vergiləri nağd şəkildə qəbul etməsi qadağandır AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bələdiyyələrə yığımlar nağdsız qaydada həyata keçiriləcək. Milli Məclisdə müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə bu məsələ əksini tapıb. Qanunun 3.4.1-ci maddəsinə əsasən, vergilərin yığımı nağdsız qaydada həyata keçirilir. Bu müddəa bələdiyyə vergilərinə də şamil olunur. Qanuna təklif olunan dəyişikliyə əsasən bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur. Dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasının elektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız qaydada həyata keçirilməsinə, bununla da şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edəcək. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Demokrat.az-a açıqlamasında bildirib ki, bələdiyyə vergiləri 10 ilə yaxındır nağdsız qaydada yığılır:
“Bu məsələ bir müddət öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da müzakirəyə çıxarıldı. Müvafiq qanuna dəyişiklik təklif edilib, bələdiyyələrin vergilərinin nağdsız qaydada yığılması nəzərdə tutulur. Belə görünür ki, çoxları vergilərin artıq illərdir nağdsız şəkildə yığıldığını bilmir. 2015-ci ildən bəri bələdiyyələr bu şəkildə işləyir. İndi bu proses sadəcə qanuniləşdirilir.
Bunun niyə indi qanuniləşdirilməsi də, açığı, sual doğurur. Bu məsələ ilə bağlı hələ 2014-cü ilin 20 iyun tarixində "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa 11.4-cü maddə əlavə olunub. Həmin maddədə xüsusilə göstərilir ki, yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Yerli vergi və ödənişlərin bələdiyyələr tərəfindən nağd şəkildə qəbul edilməsi qadağandır”.
Törə Zeynallı
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Noyabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri