Icma.az
close
up
RU
Bələdiyyələrin fəaliyyətinə kim nəzarət edir? AÇIQLAMA

Bələdiyyələrin fəaliyyətinə kim nəzarət edir? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Son zamanlar bələdiyyələrin fəaliyyəti və onlara nəzarət məsələsi müzakirə edilən mövzular arasındadır. Yerli idarəetmənin vacib elementi olan bələdiyyələr vətəndaşların sosial-məişət problemlərinin həlli, infrastruktur layihələrinin icrası və yerli vergilərin idarə olunması baxımından mühüm rol oynayır. Eyni zamanda onların fəaliyyəti üzərində inzibati və ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın artırılması və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilir.

Bəs bələdiyyələrin fəaliyyətinə nəzarət necə və hansı qurum tərəfindən həyata keçirilir?

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Arzuxan Əlizadə Metbuat.az-a bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, bələdiyyələrə inzibati nəzarəti Ədliyyə Nazirliyi və onun Bələdiyyələrlə İş Baş İdarəsi həyata keçirir. Bələdiyyələrin fəaliyyəti Azərbaycan Konstitusiyasına, "Bələdiyyələrin statusu haqqında" qanuna və digər müvafiq qanunlara uyğun tənzimlənir. Bununla yanaşı, ictimai nəzarət də mövcuddur ki, bu da diqqətə alınmalıdır:

“Bələdiyyələr mütəmadi olaraq Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinə hesabat verirlər. Bu hesabatlar əsasən vergilərin yığılması, ayrılan dotasiya və subvensiyaların xərclənməsi, bələdiyyə büdcələrinin idarə olunması və həyata keçirilən yerli layihələrlə bağlıdır. Həmçinin bələdiyyələrə hüquqi şəxs yaratmaq səlahiyyəti də verilib və bəzi bələdiyyələr bu imkanlardan yararlanaraq müxtəlif müəssisələr təsis ediblər. Azərbaycanda bələdiyyələrlə bağlı mükəmməl qanunvericilik bazası formalaşıb, lakin bəzi sahələrdə yeniliklərə, əlavə və dəyişikliklərə ehtiyac var. Bu məsələlər Azərbaycan Milli Məclisinin Regional Məsələlər Komitəsində müzakirə edilir. Komitənin iclaslarında bələdiyyələrin fəaliyyəti, qarşılaşdığı problemlər və onların həlli yolları mütəmadi olaraq diqqətə alınır”.

Deputatın sözlərinə görə, son iclasda 2024-cü ildə Azərbaycan bələdiyyələrinin fəaliyyəti ilə bağlı yekun hesabat dinlənilib və plenar iclasda qəbul edilərək qənaətbəxş hesab olunub. Burada bələdiyyələrin gələcək fəaliyyəti ilə bağlı bir sıra təkliflər də irəli sürülüb. Güman edilir ki, növbəti illərdə bu təkliflər qanunvericilikdə öz əksini tapacaq.

Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda müstəqillik dövründə altıncı bələdiyyə seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası artıq seçkilərin yekun nəticələrini təsdiqləyib. Qanuna uyğun olaraq beş gün ərzində bələdiyyələrin ilk iclasları keçirilib, bələdiyyə sədrləri və müavinləri seçilib və bələdiyyələr növbəti beş il üçün fəaliyyətə başlayıblar.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Fevral 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri