“Bəli, “Napoli”dən xal almaq mümkündü” necə, nəyin hesabına?
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ” Çempionlar Liqası çərçivəsində “Çelsi”dən bir xal almağı bacardı. Ağdamlılar rəqibin müdafiəsinə yüksək təzyiq göstərməyi bacarmaqla yanaşı, yaradıcılıq baxımından fərqləndi, qolları nəzərə almasaq, müdafiədə ciddi boşluqlara yol vermədi. “Atletik”lə səfər oyununda komanda bütün bu komponentlər baxımından “axsayırdı”. Amma “Çelsi” ilə oyun göstərdi ki, “Qarabağ” çox şey bacarır. “Köhlən atlar” “Atletik”lə oyundan fərqli nə etdi ki, “Çelsi” qarşısında istədiklərimizi həyata keçirə bildik? Bu heç-heçə nəyin sayəində oldu?
Qarşıdakı oyunda rəqib İtaliya çempionu, “Qarabağ”ın “qanına susayan” “Napoli”di. Hansı oyun üslubu ilə oynasaq, Neapol təmsilçisinə də qalib gələ və ya xal ala bilərik? Bu mövzu ətrafında Ceyhun Sultanovla söhbətləşdik: “Atletik”lə oyundan əsas fərq o oldu ki, Bilbao təmsilçisi əlinə düşən fürsətləri dəyərləndirə bildi, “Çelsi” bunu bacarmadı. Ümumi baxsaq, “Qarabağ” hər iki matçda eyni üslubda oynadı. “Qarabağ”ın öz oyun fəlsəfəsi var. Bütün oyunlara bu fəlsəfə ilə çıxır. “Napoli” ilə oyun da eyni məcrada keçəcək. Oyunlarda epizodlardan hansısa alınır, hansısa alınmır - bu normaldı. Çempionlar Liqasında zəif komanda yoxdu. Bu oyunda hansı texniki elementlər keçəcəksə, onda uğurlu olacaqlar. Bəli, “Napoli”dən xal almaq mümkündü. Amma “Napoli” zəif komanda deyil. Dediyim kimi, Çempionlar Liqasında zəif komanda olmur. Nəticə “Qarabağ”ın oyunundan asılı olacaq. Müdafiədə səhv etməsək, qol fürsətlərindən yararlana bilsək, əlbəttə, Neapoldan da xalla dönmək olar”.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:95
Bu xəbər 10 Noyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















