Icma.az
close
up
RU
Bəli, o, ləyaqət mücəssəməsidir, şərəf timsalıdır...

Bəli, o, ləyaqət mücəssəməsidir, şərəf timsalıdır...

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Onun xüsusiyyətləri arasında dürüstlük, sədaqət və cəsarət önəmli yer tutur. Ötkəm, iradaəli, çalışqan, bacarıqlı bir insan kimi tanınır. Müşahidə qabiliyyəti çox güclüdür, detallara diqqəti ilə seçilir. Davranışı, yüksək mədəniyyəti ilə cəmiyyətdə hörmət qazanmağı bacarır. Səliqə-səhmanı xoşlayır, xarici görünüşünə və eləcə də zövqlü geyimlərə böyük əhəmiyyət verir. Verdiyi sözə həmişə sadiq qalır və yalanı sevmir. Həyatı dürüst yaşamaq və ətrafdakı insanları da buna çağırmaq onun təbii qabiliyyətlərindən biridir. Əyilməz insandır, heç vaxt haqsızlığa boyun əymir və çətinliklər qarşısında iradəli olmağı bacarır. O, öz xarizması və özünə inamı ilə seçilir. Həm fiziki, həm də mənəvi cəhətdən qeyri-adi bir adamdır. Yüksək zövqü var, bu da hər zaman təriflə qarşılanır. Ətrafında baş verən heç bir şey onun diqqətindən yayınmır...
O, 1957-ci ilin iyun ayının 15-də Zaqatalada dünyaya gəlib. Orada orta təhsilə yiyələnib. 1975-ci ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olub. 1980-ci ildə təhsilini başa vurduqdan sonra, ilk olaraq Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Elmi-kütləvi və tədris proqramları baş redaksiyasında redaktor kimi fəaliyyətə başlayıb. Bir müddət "Sağlamlıq" televiziya jurnalının və tədris verilişlərinin redaktoru olub. Daha sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Azərbaycantelefilim" yaradıcılıq birliyində böyük redaktor vəzifəsində çalışıb. "Qabil", "İki ömür" və s. televiziya filimlərinin ssenari müəllifidir. Təhsil Problemləri İnstitutunun dissertantı olub. 2005-ci ildə "Hüseyn Cavid yaradıcılığının tədrisinin şagirdlərin mənəvi tərbiyəsinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 2021 ildə isə "Hüseyn Cavidin ədəbi-bədii irsi Azərbaycanın dövri mətbuatında” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib. O, müstəqillik dövründə jurnalistika fakültəsində elmlər doktoru adına layiq görülmüş ilk qadın alimdir...
Deyir ki:- “Həmin illər bacım Tibb Universitetində oxuyurdu deyə valideynlərim mənim də həkim olmağımı istəyirdilər. Atam da, anam da indiki BDU-nu bitirmişdilər. Doğmalarıma tibb ixtisasına sənəd verəcəyimi desəm də, yolumu jurnalistikadan saldım. Və beləcə jurnalistikanı seçdim...”
O, həm də pedaqoji fəaliyyətlə məşğuldur. İlk dəfə Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Mingəçevir filialında, daha sonra Təfəkkür Universitetində, 2005-ci ildən isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışır. Hazırda jurnalistika fakültəsinin "Multimedia və elektron kommunikasiya" kafedrasının professorudur. 3 məqaləsi “Web of Science” bazasına daxil olan impakt faktorlu jurnallarda dərc olunub. 2 monoqrafiyanın, 8 proqramın, 1 dərs vəsaitinin, 1 dərsliyin və 35-dən çox elmi və onlarca bədii-publisistik məqalənin müəllifidir...
İnadkar və sabit fikirlidir. O, fikirlərindən asanlıqla vaz keçmir və mülayimliyi ilə sərtliyini balanslı şəkildə qoruyur. Qaydalar qoymağı və liderlik etməyi sevir, amma bu, onu sərt göstərmir. Əksinə, hər vəziyyətdə bir həll yolu tapmağı bacaran, soyuqqanlı və ağıllı xanımdır. Öz sərhədlərini yaxşı bilir və ətrafındakı insanlarla münasibətlərini buna uyğun tənzimləyir. Son dərəcə şən və enerji dolu bir xarekterə sahibdir. Praktik zəkası var. Maraq hissi çox güclüdür, daim nəsə öyrənmək istəyir. Maraqlı olduğu qədər də məzmunludur. Necə deyərlər, sosial həyatında ətrafına həmişə sevinc saçır, elə ona görə də dostlarının dairəsi çox genişdir...
Həmkarı, BDU-nun jurnalistika fakültəsinin professoru Allahverdi Məmmədli onun haqqında deyir: “O, mənim tələbəlik illərimin yadigarlarındandır. Bir az da ömür yolumuzda oxşarlıq var. Eyni ayda anadan olmuşuq. Eyni universitetdə, eyni fakültədə təhsil almışıq. Valideynlərimiz də həmin universitetin məzunları olublar. Hər ikimiz universiteti qurtardıqdan sonra televiziyada fəaliyyətə başlamışıq. İndi də eyni kafedrada çalışırıq. Elmi dərəcəmiz də, vəzifəmiz də eynidir. Hər ikimiz XX əsr ədəbi mühitinin klassiklərini tədqiq etmişik. Deməli, bizim ruh qohumluğumuz var. O, ulu Cavidin tədqiqatçısıdır. Cavidşünaslığa yeni elmi töhfələr vermiş istedadlı alimlərimizdəndir və klassikanın təsir gücünə inanır. Klassik həqiqətlər içində çağdaş, yeni və ən yeni olanı görür, bəsirət gözü ilə görür. Bəsirət sahibi olmaq hər alimə xas deyil...”
Xüsusilə, səyahət etməyi xoşlayır. Yeni biliklər öyrənməkdən, yeni mədəniyyətlərlə tanış olmaqdan zövq alır. Olduqca ünsiyyətcildir. Amma hər insanı qəbul etmir, fikir, dünyagörüşü baxımından oxşar insanlarla eyni mühitdə olmağa üstünlük verir. Çox deyingən, necə deyərlər, naşükür insanlarla yola gedə bilmir. Münasibətdə həmişə anlayış və tolerantlıq gözləyir. Onun analitik düşünmə qabiliyyəti olduğu üçün, araşdırmağı da çox sevir. Məhsuldar bir iş həyatı var, işləməkdən həzz alır. Bəli, bu zəhmətsevərliyi həmişə ona uğur gətirir...
Professor Allahverdi Məmmədli onun haqqında daha sonra söyləyir: “Mən onu banu yaşında görməsəm də, bəyim yaşında, xanım yaşında görmüşəm. İndi də xatun yaşındadır. Heç dəyişməyib. Görünür, insan yeddisində necədirsə, yetmişində də elə olur. Gülərüzdür, səmimidir, başqalarının üğürüna çox sevinir. Bir sözlə, o, ləyaqət mücəssəməsidir, şərəf timsalıdır. Çünki özünə dəyər verməyi bacarır, başqaları da onu qiymətləndirir. İşgüzar nüfuzu da göz qabağındadır. Fəaliyyət göstərdiyi kollektivdə hamı- müəllimlər də, tələbələr də ona hörmət edir, sayğı ilə yanaşır. Bu, onun xanımın imicidir. İllərlə qazandığı müsbət, qüsursuz imicidir, ictimai rəydir...”
...Bəli, bu dəfə sizə filologiya elmləri doktoru, BDU-nun jurnalistika fakültəsinin professoru Sevil Qiyas qızı Həsənovadan danışıram...
Elman Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see352

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see259

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see259

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see250

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see250

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see248

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see241

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see239

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see237

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see235

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see231

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see225

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see223

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see223

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see222

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see221

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see215

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see207

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see193

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri