Icma.az
close
up
RU
​ŞƏRƏF VƏ HÜQUQ

​ŞƏRƏF VƏ HÜQUQ

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaləddin İbrahimli,

professor

İllər öncə Hegelin “şərəf” və “hüquq” haqqında yazdığı iki epizodu oxumuşdum. Aradan zaman keçsə də, onlar heç yadımdan çıxmadı. Çünki bəzi fikirlər var ki, oxunub unudulmur; insanın düşüncə qatlarında yaşayır, zaman-zaman geri dönüb özünü xatırladır. Hegel bu iki mürəkkəb anlayışı uzun fəlsəfi təriflərlə deyil, insan təbiətinin ən qaranlıq və ən həssas anlarına toxunan sadə hadisələrlə izah etmişdi.

Birinci hekayədə bir ingilis lord gecənin səssizliyində Temza çayı üzərindəki körpüyə yaxınlaşır. Artıq qərarını verib – həyatına son qoyacaq. Dünya ilə hesabı bağlanıb, sahibi olduğu hər şey mənasını itirib. Bir neçə dəqiqədən sonra onun üçün həyatın, var dövlətin, şöhrətin bir əhəmiyyəti qalmayacaq.

Tam bu anda lordu qarət etmək üçün iki oğru hücum çəkir. Onun bahalı saatını, gümüş siqaretliyini və pul dolu cüzdanını əlindən almağa çalışırlar. Bu zaman qəribə, ilk baxışda anlaşılmaz görünən bir hadisə baş verir. Bir az sonra öləcək insan birdən-birə müqavimət göstərməyə başlayır. Əlindəki çəliklə oğruların üstünə gedir, onları döyüb qovur və sonra yenidən başladığı işə – intihara davam edir.

Haqlı bir sual yaranır: onsuz da hər şeydən vaz keçmiş biri, artıq heç vaxt istifadə etməyəcəyi əşyaları niyə qorudu?

Cavab düşündüyümüz qədər sadə deyil. Bəzən insan maddi şeyi deyil, öz varlığının görünməz bir qatını – onu insan edən şərəf adlı dəyəri qoruyur. Bu dəyər çox zaman insana aid olanların zorla ondan alınması prosesində devrəyə girər. “Mənə aid olan və vermək istəmədiyim bir şeyi razılığım olmadan heç kəs məndən ala bilməz”.

İkinci hekayə daha sarsıdıcıdır.

Bu dəfə yenə bir ingilis lord evinin zirzəmisində özünü asaraq həyatına son verməyi qərara alır. Son anda qulluqçusu xırıltı səsini eşidərək aşağı enir və ipi kəsib ev sahibini ölümdən qurtarır.

Normalda bu hekayənin sonu təşəkkürlə bitməlidir. Amma bitmir. Lord toparlanan kimi qulluqçunu işdən qovur. İlk baxışda bu, qəddarlıq, hətta nankorluq kimi görünür. Ancaq Hegel bizi duyğuların hökmündən çıxarıb düşünməyə və növbəti suala cavab aramağa məcbur edir: Lord quluqçunu niyə işdən qovdu?

Çünki insan münasibətləri yalnız niyyətlə izah olunmur; bəzən sərhədlərlə müəyyən olunur. Qulluqçu yaxşılıq etmişdi, amma eyni zamanda, sərhəddi keçmiş və ona aid olmayan bir sahəyə girmişdi. O, işə götürülən zaman səlahiyyətləri ilə bağlı imzaladığı sözləşmənin tələblərini pozmuşdu.

Bəlkə də bu iki hekayənin ortaq nöqtəsi məhz budur: insan yalnız vücudu, çeşidli kimlikləri ilə deyil, şərəf və hüquq kimi görünməz sərhədləri ilə də mövcuddur. Bu sərhədlər pozulanda, insanın içində bir refleks yaranır. Əgər bu refleks yoxdursa vücud ya xəstə ya da ölüdür.

Təsadüfi deyil ki, Anadoluda sərhəddə “sınır” deyirlər. Bu söz qəribə şəkildə “sinir” sözünü xatırladır. Necə ki, bədənin sinir uclarına toxunanda refleks yaranır, insanın mənəvi dünyasının da toxunulmamalı yerləri var, ora müdaxilə ediləndə ruh özünü müdafiə etməyə çalışır – bunlardan ikisi və ən önəmliləri şərəf və hüquqdur.

Təbii fəlakətlərdə – zəlzələdə, seldə, pandemiyada – insanlar kütləvi şəkildə ölür, evlər dağılır, həyat alt-üst olur. Bəzən insanları yırtıcılar parçalayır. Amma heç kim “hüquqm pozuldu, şərəfim tapdandı” demir. Çünki təbiətin insanla münasibətində sərhəd və ya qəsd, niyət yoxdur. Ona görə də belə hadisələrdə şərəf və hüquq, Anadolu türklərinin ifadəsi ilə desək, devrə dışında qalır.

Şərəf və hüquq yalnız ikinci insan varsa yaranır. Çünkü ikinci insanın da şərəfi və hüququ var. Yəni hər kəsi incidən bir başqasının onun həyat sahəsinə müdaxilə etməsi, şərəf və hüquq adlı sərhəddi keçməsidir.

Bəlkə də bu səbəbdən insan tarixinin ən böyük savaşları torpaq uğrunda deyil, görünməz sərhədlər uğrunda olub. İnsan yalnız çörək üçün yaşamır. O, həm də toxunulmamalı hesab etdikləri nəsnələr üçün yaşayır. İnsan bütün sərhədlərini itirəndə artıq yalnız haqqını yox, özünü də itirməyə başlayır. Hər kəs harada dayanacağını bilməli, nəyi qəbul edib nəyi rədd edəcəyini ayırd etməli və lazım gəldikdə sakit, amma qətiyyətli şəkildə “yox” deməyi – “buradan o yana keçə bilməzsən” – hökmünü verməyi bacarmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 May 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri