Icma.az
close
up
RU
“20 Yanvar millətimizin şərəf və ləyaqət tarixidir” Novella Cəfəroğlu

“20 Yanvar millətimizin şərəf və ləyaqət tarixidir” Novella Cəfəroğlu

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Deyərlər, kişilər hanı, qadınlar önə çıxıb. Amma bu millətin xanımları sübut etdi ki, kişilərlə çiyin-çiyinə mübarizə aparırlar. Mən qürur duydum qadınlarımızla"

“20 yanvar millətimizin qürur tarixidir, şərəf, ləyaqət tarixidir və xalqımızın azadlıq, müstəqillik, istiqlal arzularının çiçəkləndiyi tarixdir. Xalqımız 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tanklarının qarşısına mərdliklə çıxmaqla azad, suveren dövlətdə yaşamağı haqq etdiyini təsdiqlədi”. Bu sözləri “Sherga.z”a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, ictimai xadim Novella Cəfəroğlu söylədi.

N.Cəfəroğlu 1990-cı ilin 20 yanvarında qadınlarımızın mübarizliyini və Bakı kəndlərinin qeyrətini daim ehtiramla xatırladığını bildirdi:

- 20 yanvar xalqımızın igidlik, şərəf tarixidir. Amma mən hər dəfə o qanlı, faciəli günlərin ildönümündə qadınlarımızın mübarizliyini, qorxmazlığını və bir də Bakı kəndlərinin köməyini xüsusi vurğulamağı özümə borc bilirəm. 20 yanvarda xalqımızın üzərinə yeridilən sovet qoşunları, tanklar bizim milli hərəkatı boğmaq cəhdi idi. Bu, Mixail Qorbaçovun mıkrli planı idi. Təəssüf ki, özümüzdən də bu planın həyata keçməsində rol oynayanlar oldu. Erməni millətinə mənsub şəxsin binadan yerə atılması düşünülmüş təxribat planl idi ki guya Bakıda milli zəmində qarşıdurma var. Əslində isə belə bir hal yox idi. Xalq azadlığı uğrunda mübarizə aparırdı. Bakıya yeridilən qoşunun əsgərləri heç özləri də bilmirdi hara gəliblər, niyə gəliblər. Biz qadınlar Tibb Universitetinin qarşısı ilə üzü yuxarı addımlayanda tankdan bir əsgər başını çıxarıb soruşdu ki “biz hardayıq, bura Əfqanıstandır?”. Bəlkə də onlara deyilmişdi ki Əfqanıstana gedirsiniz. Əsgərlər heç bilmirdilər, haradadırlar. Qadınlarımızsa qorxmadan, çəkinmədən əllərində bayraqlar Salyan kazarmasına doğru addımlayırdı, tankların önünü kəsmək üçün. Bizim gözəl müğənnimiz Flora xanım da öndə idi. O zaman bizə dedilər ki, getməyin Salyan kazarması tərəfə. Deyərlər, kişilər hanı, qadınlar önə çıxıb. Amma bu millətin xanımları sübut etdi ki, kişilərlə çiyin-çiyinə mübarizə aparırlar. Mən qürur duydum qadınlarımızla. Onların cəsarəti məni valeh etdi. Bakı kəndləri isə şəhidlərimizin dəfn məsələlərində mümkün olan və o zaman üçün mümkün görünməyən bütün işləri həyata keçirdilər. Şəhidlərimizin adət-ənənəyə uyğun dəfn edilməsini üzərlərinə götürdülər və bu işi qüsursuz icra etdilər. Qırmızı qərənfillərin şəhidlərin tabutları üzərinə, yollara, xiyabana səpilməsi də Bakı kəndlərinin istəyi ilə oldu. Şəhidlərimizin cənazələrini çiyinlərində daşıdı xalqımız. Bakının ən uca yerində, hansı ki vaxtilə orada Cümhuriyyət əsgərləri - şəhidlərimiz dəfn olunmuşdu, ora Şəhidlər Xiyabanı olaraq yenidən xalqa qaytarıldı, millətimizin qəhrımanb övladlarınını son mənzili oldu. Qırmızı qərənfillər o gündən qəhrəmanlıq rəmzinə çevrilib. Bu gün də milyonlarla insan şəhidlərin məzarlarını ziyarət edir, onlara dərin ehtiramlarını bildirirlər. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Yanvar 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri