Bella Hadidin illərdir gizlətdiyi xəstəlikləri İlk dəfə açıqladı
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyaca məşhur model Bella Hadid səhhətindəki problemlərlə bağlı yeni açıqlamalar verib. Uzun müddətdir Laym xəstəliyi ilə mübarizə aparan model ilk dəfə daha üç xəstəlikdən əziyyət çəkdiyini bildirib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 30 yaşlı model noyabrın 23-də yayımlanan müsahibəsində POTS (postural ortostatik taxikardiya sindromu), ağır premenstrual disforik pozğunluq və endometrioz diaqnozlarının olduğunu açıqlayıb.
Hadid bildirib ki, bu xəstəliklər gündəlik həyatına və peşəkar fəaliyyətinə ciddi təsir göstərir. O, özünü yaxşı hiss etdiyi vaxtlarda belə səhhətinin qəfil pisləşə biləcəyini qeyd edib.
"Bəzən özümü çox yaxşı hiss edirəm, amma ən uyğun olmayan anda bədənim məni yarı yolda qoyur. Podiumda necə yeriməyi bilirəm. Yaxşı bacardığım işlərdən biri də budur. Amma üzərimizdə çox təzyiq var və hamımızın özümüzəinamımızın çatışmadığı sahələr mövcuddur", - deyə model bildirib.
Qeyd edək ki, Bella Hadidə 2015-ci ildə Laym xəstəliyi diaqnozu qoyulub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 27 Noyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















