Azərbaycana ATƏT ə sədrlik təklifi barədə müraciət edilib
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ceyhun Bayramov: “Hazırda məsləhətləşmələr davam edir”
“ATƏT-in hazırkı fəaliyyətdə olan sədri İsveçrədir və onun səlahiyyət müddəti dekabrın 31-də başa çatır. Bir ildən artıqdır ki, növbəti sədrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılsa da, üzv dövlətlər arasında konsensus əldə etmək mümkün olmayıb”.
AYNA.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir deyib: “Azərbaycan bu müddət ərzində konsensusun təmin olunmasına töhfə verməyə və dialoqa hazır olduğunu bildirib. Son həftələrdə intensivləşən məsləhətləşmələr zamanı Azərbaycanın da növbəti sədrliyə namizədliyi irəli sürülüb və ölkəmizə bu təkliflə bağlı müraciət olunub. Müzakirələr çərçivəsində 2027, 2028 və 2029-cu illər üzrə sədr ölkələrin vahid paket şəklində müəyyənləşdirilməsi təklifi də irəli sürülüb. İlkin paket təklifi Azərbaycan tərəfindən təqdim edilib, sonradan bu təklifə Ermənistanın da daxil edilməsi məsələsi gündəmə gəlib”.
“Azərbaycan yaranmış vəziyyəti nəzərə alaraq, konsensusun əldə olunmasına müsbət töhfə verməyə hazır olduğunu bildirib. Hazırda məsləhətləşmələr davam edir və yekun nəticə barədə əvvəlcədən proqnoz vermək mümkün deyil”, - nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Noyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















